"Hansı dovşanlar?", deyə sual etdi və Jirinovski Zelenskini axmaq adlandırdı
Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın “Sputnik V” peyvəndi ilə bağlı ifadələri Rusiya məkanında ciddi rezonans doğurub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukrayna prezidentinin Rusiyanın “Sputnik V” peyvəndi ilə bağlı dediklərinə münasibətinin ardınca, Rusiya Liberal Demokrat Partiyası lideri Vladimir Jirinovski də Zelenskinin “Sputnik V” peyvəndi ilə bağlı açıqlamalarına münasibət bildirib və bunu axmaqlıq hesab etdiyini dilə gətirib.
Xatırladaq ki, bir qədər əvvəl Zelensky ukraynalıları Rusiyanın “Sputnik V” peyvəndi ilə koronavirusa qarşı peyvənd olunmaq ehtimalını şərh edərək, "Ukraynalılar dovşan deyillər, onlar üzərində eksperiment aparmaq olmaz", demişdi.
Jirinovski jurnalistlərlə söhbətində Zelenskinin bu cür açıqlamalarını çaşqınlıq adlandırıb, bunu axmaqlıq və vətəndaşların qayğısına qalan prezidentin mövqeyinə uyğun olmayan mövqe kimi dəyərləndirib. "Bu, necə ola bilər? Bütün dünya peyvəndimizi istəyir. Bəli, bütün dərmanlar təcrübələrdir. Bütün dərmanlar 100% kömək etmir. Dərmanlar var və ya yoxdur, onsuz da insanlar ölür. Nə günahkar axtarışıdır bu, hansı dovşanlardan söhbət gedir?" deyə Liberal Demokrat Partiyasının lideri sual edib.
Rusiya LDP lideri Zelenskinin prezidentliyinə belə şübhə ilə yanaşdığını da gizlətməyib. "Sənə, Zelenski, heç kim hətta boş ampluaları da verməz. Sən təcrübə istəmirsən. Bəs sən insanları dəfn etmək istəyirsən? Bu, nə cür prezidentdir?" deyə rusiyalı siyasətçi əlavə edib.
Göründüyü kimi, Ukrayna prezidenti Vladimir Zelenskinin “Sputnik V” peyvəndi ilə bağlı dedikləri ukraynalıların bir təcrübə dovşanı olmadığı ifadəsi heç də Rusiya tərəfindən xoş qarşılanmayıb, hətta əhəmiyyətli dərəcədə qıcıq doğurub. Əks halda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu rakursda dediklərinin ardınca, LDP lideri də Zelenskinin sözlərinə reaksiya verməzdi.
Bəllidir ki, Ukrayna və Rusiya münasibətlərində onsuz da soyuqluq hökm sürür və qarşılıqlı ittihamlar bir-birini əvəz edir. Bu fonda əlbəttə ki, Ukrayna prezidentinin Rusiya istehsalı olan peyvənd barədə fikirləri Rusiya tərəfi üçün sıradan bir açıqlama, adi ifadələr kimi qəbul oluna bilməzdi və belə də oldu. Təsadüfi deyil ki, LDP sədri Ukrayna prezidentinin açıqlamalarını axmaqlıq kimi dəyərləndirib və beləliklə də onu axmaq adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB