Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində olublar FOTOLAR

Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində olublar FOTOLAR
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Cocuq Mərcanlı ilə tanışlıqdan sonra Cəbrayıl şəhərinə gəliblər. SİA-nın verdiyi məlumata görə, diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərindəki dağıdılmış qəbiristanlığa və erməni vəhşiliyinə məruz qalmış digər ərazilərə baxıblar. Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət ediblər.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə