Ermənistanda iki bölgədə zəlzələ qeydə alınıb. SİA Ermənistan saytlarına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentrində yeraltı təkanların gücü 5 bal olub. Həmçinin məlumatda qeyd olunur ki, Ermənistanda ikinci zəlzələ bir neçə saatlıq fasilədən sonra baş verib. 3.7 bal gücündə olan ilk zəlzələdən fərqli olaraq, ikinci dəfə zəlzələ 4.7 bal gücündə qeydə alınıb.
Ermənistanda yeraltı təkanlar 6 fevral tarixində yerli vaxtla saat 00:06-da baş verib. Zəlzələnin mənbəyi 10 km dərinlikdədir. Zəlzələnin episentrindəki yeraltı təkanların gücü 5 bala çatıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB