Türk məhsullarına qadağa qoyan Nikol türk otelində yaşayır FOTO

Türk məhsullarına qadağa qoyan Nikol türk otelində yaşayır FOTO

Məlumdur ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənisan Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə, bu ölkədə istehsal olunmuş məhsulların Ermənistanda satışına qadağa qoyub. Lakin məlumdur ki, türk məhsullarının Ermənistanda satışı Türkiyə üçün heç də ciddi problem yaratmır və əslində, keyfiyyətli qida, ərzaq və s. məhsullarının, həm də cibə uyğun qiymətə satılmasının qarşısının alınmasından əziyyət çəkən məhz ermənilərin özləridir. Artıq bu problemlər özünü göstərməyə başlayıb.

Lakin bu arada məlum olan maraqlı informasiya türk məhsullarına qadağa qoymuş Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstana səfəri ilə bağlıdır. SİA "caliber"-ə istinadən xəbər verir ki, Almatıya işgüzar səfər etmiş Paşinyan nümayəndə heyəti ilə Rixos Almaty otelində yerləşib. Belə ki, adıçəkilən otel Türkiyənin Rixsos otellər şəbəkəsinin lüks səviyyəsindədir və mənzil qərargahı Ankarada yerləşir. Maraqlısı isə budur ki, hökumət nümayəndələrinin türklərin otelində qonaqlamalarının hesabı, məhz erməni vergi ödəyicilərinin hesabına xərclənir. Halbuki, bu hökumət türk məhsullarının Ermənistanda satışına uzun müddətli qadağa tətbiq edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə