Vitali Balasanyan: “Azərbaycan bayrağı “stepanakertdə” dalğalanmayacaq” SƏRSƏM İDDİA+FOTO
Azərbaycan xalqının hissi ilə oynayanların istər fiziki, istərsə də digər imkan və vasitələrlə sonlarının gətiriləcəyinə inanırıq!
"Azərbaycan bayrağı "stepanakertin" (Xankəndinin-R.R.) mərkəzində olmayacaq. SİA erməni teleqram kanallarına istinadən xəbər verir ki, bunu qondarma "dqr"in saxta "təhlükəsizlik şurasının sədri", birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğalında iştirak etmiş, bir sıra silahı terror hadisələrinin iştirakçısı olmuş Vitali Balasanyan Xankəndindəki dövlət strukturlarına məxsus binalarda Azərbaycanın dövlət bayrağının qaldırılacağı ilə bağlı səslənən fikirlərə münasibətini açıqlayarkən deyib.
Balasanyan mətbuatda və sosial şəbəkələrdə Qarabağın "özünümüdafiə ordusunun" buraxılacağı ilə bağlı yayılan məlumatlar barədə də danışarkən deyib ki, guya "artsaxın" qondarma "dövlət strukturları" müqavilə əsasında hərbi birliklər yaradır. "Bu, sərhədlərin toxunulmazlığının müdafiəsi məqsədi ilə edilir", deyə o hələ də ənənəvi xəyallarına dalaraq bildirib.
Balasanyan Xankəndinə və Əsgərana yaxın məntəqələrə azərbaycanlı qaçqın və məcburi köçkünlərin qaytarılacağı ilə bağlı məlumatları, həmçinin azərbaycanlı hərbçilərin "stepanakert" mağazalarında alış-veriş etmələri barədə informasiyaları da "təkzib" edib.
Görünür, Rusiyalı sülhməramlıların müdafiəsi arxasında dil açan və həyasızlıq nümayiş etdirən Balasanyan və "dqr"in digər cinayətkar və quldur rejim təmsilçiləri həqiqətən də bu kimi təxribatçı fikirləri ilə vəziyyətin gərginləşdirilməsinə çalışır. Lakin unudur ki, hər an hər şey dəyişə bilər və Azərbaycanın dövlət bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, Xankəndinin bütün dövlət strukturlarında da dalğalanmaq imkanını saxlamaqdadır.
Bu kimi sərsəm "bəyanatların" səslənməsi imzalanan üçtərəfli atəşkəs razılaşmasındakı bənd və müddəaları da sual altında qoyur və belə davam edərsə, məhz həmin razılaşmaya əsasən, Azərbaycanın şanlı Silahlı Qüvvələri qısa zaman müddətində terrorçu tör-töküntülərinin sonunu gətirə bilər.
Eyni zamanda inanırıq ki, müvafiq diplomatik və s. dövlət strukturlarımız da artıq neçənci dəfədir ki, səslənən bənzər fikirlərin və bu fikirləri önə sürən şəxslərin bir daha eyni səhvi buraxmamaları istiqamətində bütün mənalarda (!) səfərbər olunacaq və Azərbaycan xalqının hissi ilə oynayanların istər fiziki, istərsə də digər imkan və vasitələrlə sonlarını gətirəcək!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB