Yerkramas İM: “Soros Ermənistanda 700 nəfərlik silahlı dəstə yaradır” İDDİA
Bugünlərdə Ermənistanın Yerkramas İnformasiya Mərkəzinin sosial şəbəkə səhifəsində diqqət çəkən məlumat paylaşılıb. SİA xəbər verir ki, həmin məlumata əsasən, hakimiyyət Sorosun dəstəyi ilə silahlı dəstələr yaratmağı planlaşdırıb.
"Ermənistan sorosçuları 700 nəfərdən ibarət silahlı dəstə yaradır və onlar qrup şəklində fəaliyyət göstərəcəklər", deyə bildirilən məlumatdan belə bir nəticə çıxarmaq olar ki, Ermənistanda mövcud vəziyyət iqtidarın xeyrinə deyil və baş nazir Nikol Paşinyan növbəti dəfə onu hakimiyyətə gətirmiş Soros Fondunun dəstəyindən yararlanmaq üzrədir. Daha dəqiq desək, müharibədən sonra bir-birini əvəzləyən çoxsaylı tələb və problemlər kütləvi xalq narazılıqları ilə müşahidə edildiyi mövcud iqtidar rəsmi olaraq polis və hərbi gücdən tam şəkildə istifadə edə bilmir. Çox yəqin ki, Paşinyan sorosçulardan ibarət gizli silahlı qruplar yaradaraq onları müxaliflərə qarşı təzyiq aləti qismində istifadə etməyi planlaşdırır.
Xatırladaq ki, Ermənistandakı revanşist qüvvələr sosial şəbəkələrdə çağırışlar edərək, hakimiyyəti güc yolu ilə devirməyə və növbədənkənar seçkilərin keçirilməsinə yol verməməyə səsləyirlər. Görünür, bu çağırışlardan sonra hakimiyyət yeganə xilas yolunu dəstəkçilərini silahlandırmaqda axtarır və bu baş verərsə, ölkədaxili vəziyyətin çərçivədən çıxacağını, vətəndaş müharibəsi ilə nəticələnəcəyini proqnozlaşdırmaq olar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB