Yaxud Gültəkin Hacıbəyli üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!
Bəzən baş verən hadisələrə münasibət bildirmirsən, "səbrli ol" -deyirsən. Ancaq bir də görürüsən ki, dövlətinin, xalqınnı ünvanına elə bir sözlər, böhtanlar deyilir ki, bu yerdə sakit dayana bilmirsən. Xüsusilə də, son günlər sosial şəbəkələrdə «Milli Şuran»ın qeybətxana şousunda rəzil və mənəviyyatsız qadın olan Gültəkin Hacıbəylinin hər dəfə Azərbaycannı uğurlarına kölgə salmaqdan həzz alır. Dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olan, AXCP sədri Əli Kərimlinin "danışan dili" olan Gültəkin Hacıbəylinin baş verən bu hadisələrdən cuşə gələrək, ingilis bayrağı kimi sağa-sola dönən, ata qatili olan faşist xislətli Erməni dövlətinə dəstək olan "vətənşüvan", satqın Sevinc Osmanqızının "TV"-də gecə-gündüz həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlar etməkdən artıq çənəsi də çıxıb.
İkiüzlü, riyakar, reneqat Gültəkin Hacıbəyli həyasızlıq bu qədər...
44 gün ərzində 30 ildən bəri Ermənistanın işğalı altında qalan ərazilərimizin işğaldan azad edilməsi, Azərbaycan Prezidentinin nüfuzunun artması, Azərbaycanın Türkiyə, Pakistan və islam ölkələri ilə, Rusiya və bir çox Qərb ölkələri, o cümlədən Qoşulmama Hərakatı üzvləri olan dövlətlərlə münasibətlərinin daha da güclənməsi və bu siyasətin sayəsində Azərbaycana beynəlxalq dəstəyin çoxalması, iqtidarın mövqeyinin artması və güclənməsi, Dağlıq Qarabağ problemi kimi çətin və qəliz bir məsələnin məhz bu iqtidarın hakimiyyəti dövründə həll edilməsi, Qarabağda abadlıq və quruculuq işlərinə start verilməsi və s. digər məsələlər AXCP-«Milli Şura»ı çox narahat edir. Çünki bu cinayətkarlar məkanıda Azərbaycan xalqına xəyanətlər edənlər toplaşaraq, 44 günlük Vətən müharibəsi zamanı bu satqınlar düşmənin dəyirmanına su tökməklə «qürur» duyurdular. Bu qədər də alçaqlıq, əxlaqsızlıq, nankorluq olarmı? Xüsusən də, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və digər əxlaqsızların, satqınların və nəhayət, cinayətkarların bədəli böyük olacaq! Həm xalq, həm də qanun qarşısında!
Ən maraqlısı isə ən çox rəzil, ikiüzlü qadın Gültəkin Hacıbəyli...
İkiüzlü, riyakar, reneqat Gültəkin Hacıbəyli həyasızlıq bu qədər...
Əli hər şeydən üzülən ikiüzlü, riyakar, rəzil, sürüşkən, xain, anormal Gültəkiin Hacıbəyli indi də başlayıb şəhidlərin «haqqını müdafiə etməyə». Deyirəm bu qədər də abırsızlıq olar? Deputat olduğun zamanlarda sən deyildinmi şəhid ailələrin, əlillərin haqqını tapdalayan? Yaxud, qaçqın və əlillərin haqqına girənin «ədalətdən» danışmağa nə haqqın var? Ölü qurum «Milli Şura»nın koordinasiya şurasının üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdən Azərbaycanın Silahlı Qüvvələri haqqında irəli sürdüyü böhtan dolu və düşmən dəyirmanına su tökən saxta fikirləri, Ordumuza qarşı ağlına gələn fikirləri - guya Azərbaycan əsgərlərinin səngərlərdə əliboş (?!-R.N.) dayandığı və Azərbaycan Ordusunun silah-sursatın «sınıq və yararsız» olduğu haqda sərsəm çıxış edərək ermənilərin sevimlisinə çevrilib... Budur, G.Hacıbəyli xəyanəti, əxlaqsızlığı, cinayətkarlığı.
G.Hacıbəyli bu gün ermənixislətli Sevinc Osmanqızının «TV»sində «haqq-ədalətdən» danışaraq bildirir ki, «öz şəhidinə sahib çıxmaq Azərbaycan dövlətinin borcudur». Sözsüz ki, belə bir söz var: «abırsızın abrı olmaz». Çünki bu fərd hələ deputat olduğu dövrlərdə onlarla qaçqının və əlillərin, şəhid ailələrinin haqqına girərək, dövlətin onlara məxsus aid etdiyi torpaqlara güc yolu ilə sahib olurdu. Belə ki, G.Hacıbəylinin 2008-ci ildə Mehdiabad bələdiyyəsindən şantaj və həyasızlıq vasitəsi ilə 12 sot torpağı «Əlillər» massivindən zor gücü ilə alaraq, uca səslə deyridiniz ki, «Mən millət vəkiliyəm»,-deyə bağırdığınızı xatırlayırsan?. Xatırlamazsan, çünki sən o qədər səviyyəsiz, nankorsan ki.... Hər sifətdə olduğun həmişə görünüb. Bu gün də müdafiə etdiyin Xədicə İsmayılı, Leyla Yunusu, İntiqam Əliyevi, Tofiq Yaqublu, Əli Kərimli və Cəmil Həsənlini necə ittiham edirdin?! Bu adamları xalq düşməni adlandırırdın... Deyə bilərsənmi, o zaman daha səmimi idin, yoxsa indi?! Bu sənin sifətinə baxdıqda aydın görünür- yazıqlar sənə, rəzil qadın!.
Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır
Çünki Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xüsusilə, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə «YAŞAT» Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir. Həmçinin, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında», «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün artırılması və «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin davamlı qayğısının bariz nümunəsidir. Bütün deyilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmayıb və onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsinin təmin edilməsi, həmçinin, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunmasıdır. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin edir. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə minnətdarlıqlarını ifadə ediblər genişləndirilir.
Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır.
Bir medalın iki üzü...
G.Hacıbəylinin sifəti budur – hər sifətdə ola bilir. Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, onun üçün Vətən, ailə nə olduğunu bilməyən mənəviyyatsız olub. sürüş indən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Məhz bütün bunlardan sonra G.Hacıbəyli ədalətdən danışmağa mənəvi haqqın yoxdur. Nə Azərbaycan barədə, nə də adicə insanlıq ətrafında. Çünki sən G.Hacıbəyli atdığın iyrənc, mənfur addımların hər biri xəyanətkarlıq, milli satqınçılıq olmaqla yanaşı, həm də qeyri-insanidir. Bu səbəbdən, belələrinin yeri cəmiyyət arasında ola bilməz!
Bir sözlə, təpədən-dırnağa qədər bataqlığa batmış "Milli Şura"nın dolanbaclarında veyillənən, riyakarlığı, satqınlığı və xəbisliyi ilə tanınan, hər addımda AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəyli kimilərin fəaliyyətini cəmiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq rədd edir. Və törətdiyi bütün çirkli əməllərə görə əlahəzrət ədalət qarşısında cavab verəcək.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB