Qarabağın “siyasi gücləri” əmindirlər ki, “prezident” Araik Arutunyan və baş nazir Nikol Paşinyan onların izolə olunmları və “dqr”in təhvil verilməsi proqramına son qoyulmaq cəhdlərini realizə edirlər. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazır.
“Qarabağdakı daxili situasiya gərgin qalmaqda davam edir”, yazan erməni nəşri həmçinin qeyd edir ki, Araik Arutunyana münasibətdə “milli barışıq hökumətinin qurulması” baş tutmadıqdan sonra gərginlik daha da artıb. “Qarabağda belə bir xəbər yayılıb ki, Araik Arutunyan Ermənistan hakimiyyətinin təzyiqi altında Qarabağ məsələsində yeni güzəştlərə hazırlaşır, hansı ki, o bu yaxınlarda çərin qərarların verilməsi ilə bağlı açıq mətnlə danışmışdı”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB