Əhmədinejad açıqlamaları ilə yenə ortalığı qarışdırıb

Əhmədinejad açıqlamaları ilə yenə ortalığı qarışdırıb

\"Qərblilər dünyanın müəyyən ölkələrində quraqlıq yaradırlar\". SİA-nın məlumatına görə, bu sözləri İranın prezidenti Mahmud Əhmədinejad açıqlaması zamanı deyib. Dövlət başçısı İranda yaşanan quraqlığın Qərb ölkələrinin əməllərinin nəticəsi olduğunu deyib: \"Keçən il avropalılar sahib olduqları xüsusi texnologiya ilə öz ölkələrinə yağış yağdırdılar, İran və bir sıra ölkələrdə isə quraqlıq hökm sürdü. Buludlar qərbdən şərqə doğru hərəkət etdiyindən, onların əməliyyatı nəticəsində İranda yağış yağmadı və İranın bəzi bölglərində ciddi quraqlıq yaşandı\".

Bütün bunlarla yanaşı, ölkə rəhbəri onu da qeyd edib ki, avropalılar bu üsulla bölgə ölkələri arasında qarşıdurma yaratmağı hədəfləyir. İran tərəfi isə məsələyə qanuni yollarla yanaşmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə