"Qarabağda birgə Monitorinq mərkəzinin yaradılması üçtərəfli bəyanatda da öz əksini tapıb. Təbii ki, bu tam olaraq bizim maraqlarımıza cavab verən bir məqamdır. Düşünürəm ki, Türkiyə hərbiçilərinin Azərbaycan torpaqlarında olması müəyyən qüvvələrin balansına gətirib çıxaracaq". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Ekspert bildirib ki, artıq Rusiya sülhməramlıları təkbaşına burada qərarlar çıxarmayacaq və əmrlər verməyəcək: "Sadəcə müəyyən zonada Azərbaycanın torpaqlarında yaranan problemlərlə əlaqədar olaraq bir sıra tədbirlər görəcəklər. Fikrimcə, qardaş Türkiyə hərbiçiləri Azərbaycanın maraqlarını çox gözəl dərk edir. Onlar yaxşı bilir ki, Azərbaycanın işğaldan azad etdiyi bütün torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır".
F.Sadıqov vurğulayıb ki, əsas məqsəd yaxın gələcəkdə burada yaşamış bütün Azərbaycan əhalisini bu torpaqlara gətirmək və yerləşdirməkdir: "Təbii ki, bu mərkəz birbaşa bu məsələ ilə məşğul olmayacaq. Amma hər halda azərbaycanlıların həmin torpaqlara qaytarılması, orada onların təhlükəsizliyinin təmin edilməsində bu mərkəzin və xüsusilə orada fəaliyyət göstərən Türkiyə hərbiçilərinin böyük rolu olacağına şübhə etmirəm".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB