Ermənistanın məğlub ordusu öz “gününü” qeyd etdi və bu dəfə düşmən ölkədə heç də “qalibiyyət” şüarları səslənmirdi, əksinə, Qarabağdakı sarsıdıcı məğlubiyyətin, sözün əsl mənasında, küləyi əsirdi. SİA xəbər verir ki, məğlubiyyət mövzusunda birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən erməni general-leytenantı Artur Ağabekyandan müsahibə alan “Hraparak” qəzeti də etiraf edib ki, ötən müddətlər ərzində Ermənistan ordusunun qurulduğu gün ölkədə nə bayram əhval-ruhiyyəsi, nə də təbrik hissləri var idi.
Lakin nə qədər maraqlı görünsə də, düşmən hələ də revanşizm düşüncəsindən kənara çıxa bilmir və əslində, bu cür yanaşma erməni tərəfinin daha ağır vəziyyətə düçar olmasına doğru inkişaf edir.
Azərbaycan əsirlər haqqında məlumat verməyə məcbur edilməlidir?
Sözügedən müsahibəsində sərsəm fikirləri ilə yadda qalan Artur Ağabekyan bildirib ki, bundan sonra daha çox itki verməmələri üçün təşkilatlanmalıdırlar. “Çünki aktiv döyüş əməliyyatları yoxdur, amma müharibə hələ bitməyib. Həm informasiya, həm də diplomatiya sahəsində çox işlərimiz var”, deyən erməni zabiti bir az da irəliyə gedərək, hərbi əsir mövzusuna toxunub. Daha dəqiq desək, atəşkəsdən sonra silahlı diversiya törədənlərin və Azərbaycanın hərbi gücləri tərəfindən məhv edilənlərin, eləcə də hüquq orqanlarına təslim edilənlərin də hərbi əsirlər olduğunu iddia edən Ağabekyan hətta bildirib ki, Azərbaycan əsirlər haqqında məlumat verməyə məcbur edilməlidir (?!). Göründüyü kimi, növbəti erməni sərsəmliyi!
“Bu gün itkin insanlarımız var, əsir olub-olmadığını bilmirik... Əslində, təkcə mən yox, hamımız eyni fikirdəyik ki, əsir məsələsini həll etməyincə düşmənlə münasibət qurmamalıyıq”, deyən erməni general-leytenantı hələ də uğradıqları ağır məğlubiyyətlərini həzm edə bilmədiyini nümayiş etdirməklə yanaşı, eyni zamanda, bu cür erməni düşüncəsinin bütöv bir xalqı məhvə doğru sürüklədiyini anlamamasının göstəricisidir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB