"Ermənistan xalqı heç zaman “Dəmir yumruğu” unutmamalıdır" DEPUTAT FİKRİ

"Ümumiyyətlə ermənilərin tarixinə baxdıqda görürük ki, bu millətin bütün “qəhrəmanları” cinayətkarlardır. Yəni bunlar digər xalqlara, millətlərə qarşı cinayət törədənləri özlərinin milli “qəhrəmanları” hesab edirlər. Biz bunu faşist Qaregin Njdedə və digərlərində də görürük. Cənab Prezident İlham Əliyev də bu barədə dəfələrlə fikirlərini bildirib. Amma buna baxmayaraq Ermənistan tərəfi Yerevanda, Xocavənddə Qaregin Njdenin heykəlini saxlayır". Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

"Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin dəfələrlə xəbərdarlıqlarına və ermənilərin məğlubiyyətlərinə baxmayaraq bu gün də Ermənistanda müəyyən revanşist qüvvələr ki, onlar hansısa ərazi iddiaları ilə çıxış edirlər, Azərbaycanı təhdid edirlər ki, guya ordu qurub yenidən torpaqları azad edəcəklər. Bütün bunlar onu göstərir ki, erməni milləti xəstə təxəyyüldən, zəhərli ideologiyadan xilas ola bilməyib. Yəni bu millət hələ də xəstə ideologiya, təfəkkür və zəhərli ideologiya ilə yaşayır. Ermənistan xalqı heç zaman “Dəmir yumruğu” unutmamalıdır. Cənab Prezident öz çıxışlarında bu məsələləri dəfələrlə vurğulayıb. Əgər Ermənistan yenidən təxribatçı əməllərinə davam etsə, yenidən başına gələnlərdən nəticə çıxarmayaraq Azərbaycana qarşı hansısa addımları atsa, ölkə başçısının da qeyd etdiyi kimi “Dəmir yumruğla” qarşılaşacaqlar. “Dəmir yumruq” onlara öz layiqli cəzalarını verəcək. Ona görə də ermənilər bu baş verənlərdən ciddi nəticə çıxarmalıdırlar, gələcəyə baxmalıdırlar və bu kimi əməllərdən uzaq olmalıdırlar.

Bu gün Ermənistanın məğlubiyyətinin, bu cür aciz duruma düşməsinin və iqtisadiyyatının çökməsinin ən birinci səbəbi sahib olduqları zəhərli ideologiyadır, tutduqları yalnış yoldur. Ona görə də onlar ciddi şəkildə düşünməlidirlər, Azərbaycan xalqını qıcıqlandıracaq, xalqın hissiyatına toxunacaq əməllərdən uzaq olmalıdırlar. Ermənilər unutmasınlar ki, zamanında Paşinyan Azərbaycan xalqının hissiyatına toxunan addımlar atdı, Şuşaya gələrək xalqımızın dəyərlərinə hörmətsiz münasibət sərgilədi. Təbii ki, bunun da nəticəsində Azərbaycan Ermənistana layiqli cəzanı və cavabı verdi"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...