Leninin son abidəsi də götürüldü

Vladimir İliç Leninin Ukraynada açıq bir ərazidə yerləşən son abidəsi götürülərək, Odessa bölgəsində göndərilib. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Svitanok" ictimai təşkilatının rəhbəri Vadim Pozdnyakov öz sosial şəbəkə hesabında yazıb.

"Ukrayna ərazisindəki Leninin son abidəsi devrildi!”, deyə Pozdnyakov öz Facebook səhifəsində qeyd edib.
Xatırladaq ki, 2015-ci ilin mayından Ukraynada Sovet simvollarının təbliğatını qadağan edən "kommunist və nasist rejimləri pisləyən" bir qanun var. Bu, xüsusən Sovet dövlət xadimlərinin adını daşıyan şəhər və küçələrin adlarının dəyişdirilməsini əhatə edir. Milli Xatirə İnstitutu, fəaliyyətləri "Dekommunizasiya haqqında" qanuna aid olan və bu səbəbdən adlarının coğrafi adlardan çıxması lazım olan 520 tarixi şəxsiyyətin siyahısını açıqlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə