Sapı özümüzdən olan baltalar: iyrənc oyunların ermənipərəst alətləri ANALİTİK

Abil Ağasəfov,

Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri

44 gün davam edən Vətən müharibəsi Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqları nəticəsində möhtəşəm zəfərimizlə başa çatdı. Mənfur düşmən tapdağı altında inləyən doğma və əzəli torpaqlarımız 30 illik işğaldan azad olundu. Təcavüzkar Ermənistan aldığı sarsıdıcı və ağır məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktına imza atmağa məcbur edildi. Belə ki, şərəf tariximizin qələbə salnaməsinə yazılan 10 noyabr 2020-ci il tarixi bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan dövləti və xalqı yenilməzdir, qalibdir!

Lakin daha bir tarixdə - 11 yanvar 2021-ci ildə atılan növbəti addım Azərbaycanın yalnız hərbi deyil, həm də diplomatik qələbə qazandığını isbat etdi. Bəllidir ki, bu tarixdə Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü keçirildi və sözügedən görüşdə əldə edilən bəyannaməyə əsasən, işğaldan azad olunmuş torpaqlarımızda həlli vacib məsələlərin icrasının tezliklə həyata keçirilməsi barədə mühüm razılıq əldə olundu. Məhz hərbi qələbədən sonra əldə edilən bu razılıq Azərbaycanın və regiondakı ölkələrin iqtisadi imkanlarını daha da artıracaq, habelə növbəti perspektivləri müəyyən etməyə geniş imkanlar yaradacaq.

Ümumiyyətlə, tarixi qələbə beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunu daha da artırdı və əbəs deyil ki, ölkəmizə dost olan ölkələr də işğaldan azad edilmiş bölgələrimizdə tikinti-quruculuq, abadlıq və bərpa işlərinə başlayacaqlar.

Digər tərəfdən, o da məlumdur ki, dünyanın sülhsevər, mütərəqqi, ədalətli siyasət aparan çoxsaylı ölkələri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diplomatik, taktiki və uzaqgörən siyasətini dəstəklədi. Həmişə Azərbaycanın yanında olan, onun haqq işini dəstəkləyən qardaş Türkiyə, Pakistan və digər bir sıra Azərbaycansevər dövlətlər son ana qədər bizimlə birgə olduqlarını sübut etdilər. Xüsusilə qardaş Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəklədi və hazırkı möövcud proseslərdə də iki qardaş ölkə koordinasiyalı şəkildə əməkdaşlıqlarını ən mükəmməl dərəcədə davam etdirməkdədirlər.

Qarşıda isə ölkəmizi və xalqımızı daha böyük və daha nəhəng qələbələr, zəfərlər gözləyir. Bu qələbələrin hər biri söz yox ki, Azərbaycanın əsaslı güclənməsi reallığına öz töhfələrini verməsi ilə yanaşı, ölkəmizin istər Cənubi Qafqaz regionunda, istərsə də Avropa məkanındakı mövqelərini gücləndirir, şaxələndirir, bu mövqeləri dünya miqyasına çıxarır.

Lakin hər zaman olduğu kimi, bu dəfə də ölkə Prezidentinin, dövlətimizin, bütövlükdə isə xalqımızın əldə etdiyi uğurları həmişəki kimi yenə də xəyanətkarlıq və satqınçılıq yolunu tutan radikal müxalifət “liderlərini” narahat edir, təlaşlandırır, uğurlu perpsktivlərə düşmənlərimiz qədər münasibətini bəsləyir, qazanılan real uğurlara müxtəlif ürəkbulandırcılıq cəhdləri ilə kölgə salmağa çalışırlar. Antimilli şura daxilində daim xarici düşmənlərə işlədiklərini gizlətməyən bu ünsürlər toplumu və onların “lideri” olan AXCP sədri Əli Kərimli nailiyyətləri aşağılamağa, kiçiltməyə, ləkələməyə çalışırlar. Üstəlik, Azərbaycan dövlətinin ən münbit münasibətlər qurduğu ölkələrlə arasını pozmağa cəhdlər göstərən bu ünsürlər hətta daha irəliyə gedərək, guya ölkə Prezidentinin Türkiyəyə qarşı soyuq, ikili standart siyasəti apardığını iddia edirlər. Guya Qarabağla bağlı razılaşmalarda Türkiyənin kənarlaşdırıldığını, ümumiyyətlə, qardaş ölkənin bu məsələdə rolunun olmadığı iddia edilir, hətta o da bildirilir ki, sən demə Türkiyə Azərbaycanda - Qarabağda baş verənlər barədə guya türk təbliğatçıları vasitəsilə məlumatlanırmış və s. Şübhəsiz ki, belə saxta iddialar tamamilə yalandır və heç bir ciddi arqumentlərə söykənmir. Sadəcə, görünən budur ki, "bir millət, iki dövlət" prinsipinə sadiq qalan Azərbaycan-Türkiyə qardaşlığını həzm edə bilməyən ermənipərəst qüvvələr yenidən xarici missionerləri vasitəsilə radikal müxalifət “liderlərinə”, əsasən də Əli Kərimliyə sifariş yollayıblar. Çünki yaxşı bilirlər ki, belə bir siyasi əxlaqsızlığı, xəyanəti öz dövlətinə və xalqına edə biləcək ilk adam məhz odur – AXCP sədri Əli Kərimli!

Lakin biz dərinə varmadan sadəcə sual edə bilərik ki: əgər Türkiyə dövləti danışıqlar masasında deyildisə ərazidəki hərbi əməliyyatlara, təhlükəsizliyin qorunub saxlanılmasına nəzarət üzrə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yardılması ideyası haradan və necə qaynaqlandı?

Yaxud, 11 yanvar Moskva görüşü Türkiyə və Rusiya prezidenləri arasında müzakirə edildi və həmin müzakirədə Türkiyə-Azərbaycan maraqları xüsusilə nəzərdə alındısa, yuxarıdakı iddiaların yalan olması özü-özüyündə isbatlanmırmı? Söz yox ki, bütün bunlardan məlumatlı olan Əli Kərimli özünəməxsus və ürəkbulandırıcı xislətinə uyğun olaraq ictimayi rəyi çaşdırmağa, guya iki ölkə arasında “soyuqluğun” olduğu fikrini təqdim etmək istəyib. Amma alınmayıb, bundan sonra da alınmayacaq!

Bu gün sağlam düşüncəsi olan istənilən şəxs yaxşı bilir və dərk edir ki, ümumiyyətlə, kimliyindən asılı olmayaraq Türkiyəyə qarşı bu cür yersiz fikirlər səsləndirmək yolverilməzdir. İndi Azərbaycan-Türkiyə münasibətləri daha çox yüksək səviyyədədir və bu münasibətlərin möhkəmləndirilməsinə illər sərf olunub. O cümlədən, 44 günlük müharibə də bir daha onu göstərdi ki, türk qardaşlarımız sonadək yanımızdadırlar. Bu barədə qardaş ölkənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğandan başda olmaqla bütün yüksək vəzifəli şəxsləri, diplomatları bəyanatlar verdilər və bu bəyanatlar indi də səslənməkdədir. Və əgər kimlərsə Əli Kərimlinin timsalındakı yalanları, böhtanları, şərləri özünə inandırıcı görürsə, demək ki, onun qədər öz dövlətinə, xalqına, millətinə böyük xəyanət etmiş olur!

O da əbəs deyil ki, bu gün Azərbaycan və Türkiyə arasında olan çoxşaxəli əməkdaşlıq, müttəfiqlik və iş birliyi dünyanın başqa heç bir digər dövlətləri arasında mövcud deyil. İstər daha əvvəllər keçirilən birgə hərbi təlimlər, istərsə də indi qardaş Türkiyədə baş tutacaq qış hərbi təlimləri də yalançıların, uydurmaçıların saxta fikirlərini tamamilə alt-üst etməkdədir. Bu gün Azərbaycan dövləti Türkiyə ilə münasibətləri fonunda çalışır ki, hərbi əməkdaşlıq daha da genişləndirilsin, türk əsgərləri Qarabağa gəlsinlər, Şuşada, Laçında, Kəlbəcərdə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə dayansınlar və istənilən düşmənin cavabını anındaca versinlər.

Əfsuslar olsun ki, öz “ənənə”sinə sadiq qalan dağıdıcı, xəyanətkar və sözün əsl mənasında bitmiş, tükənmiş ünsürlər bu məsələdə də dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləməkdədirlər. Belə ki, istər ölkə daxilindəki, istərsə də xaricdəki bəzi antimilli qüvvələr, “beşinci kolon” nümayəndələri, ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün təxribat və dezinformasiya xarakterli məlumatlar yaymağa cəhd edirlər. Təbii ki, sapı özümüzdən olan baltaların bu səyləri xidmət etdikləri xarici anti-Azərbaycan dairələrin siyasi sifarişlərinə əsaslanır – bunu isə yenidən sübut etməyə ehtiyac da yoxdur. Necə deyərlər, hər şey göz önündədir!

Belə olan halda daha bir amil ondan ibarətdir ki, xainlər yığnaqlarının bu gün Qarabağ barədə danışmaq üçün heç bir haqqa sahib deyillər. Əslində bu mövzuda danışmağa onların heç bir mənəvi haqları çatmır. Çünki bu satqın ünsürlər Vətən müharibəsinin ilk günlərində Ali Baş Komandanın və ordumuzun qələbə əzmli fəaliyyətinə də həmrəylik dəstəyi ifadə etmədilər. Halbu ki, ölkədə fəaliyyət göstərən 50 partiya rəhbəri siyasi baxışlarından asılı olmayaraq, müharibə ilə bağlı birgə həmrəylik bəyanatı imzalayaraq özlərinin birmənalı dəstək fikirlərini ifadə etdilər. Ötən 44 gün ərzində də özünü “Milli Şura” adlandıran “beşinci kolon” missionerləri bu bəyanata qoşulmadı. Əksinə 10 noyabr bəyannaməsindən sonra yanlış bəyanatlarla ermənipərəst qüvvələrin Azərbaycana qarşı mövqeyinə uyğun satqınçılıq tezisləri ilə çıxış etdilər. Çox şübhəsiz bütün bu iyrənc siyasətin mənbəyi “beşinci kolonun” xarici himayədarları tərəfindən qaynaqlanır. Ancaq onların da qatarları işğalçıların qatarları kimi çoxdan gedib...

Antimilli “şura” xain və satqın siması ilə düşmən dəyirmanına su tökməkdə davam etməkdədir. Əslində özlərinin ifrat siyasətləri ilə maskalanmağa çalışan radikal ünsürlər unutmamalıdırlar ki, vaxtilə məhz onların yarıtmaz və səriştəsiz siyasəti nəticəsində əzəli torpaqlarımız düşmən tapdağı altına düşmüş və milyondan artıq soydaşımız yurd-yuvasından qovulmuş, erməni vandalları maddi və mənəvi mədəniyyətimizə sağalmaz yaralar vurmuşdur.

Bəli, 44 günlük zəfər yürüşü... Bu, heç də adi yürüş deyildi. Bu yürüş tarixşünaslığımızın iki əsrlik münaqişəli dövrünə son qoyan, tarixin axarına yeni nizam verən, iki yüz ildə itirilən torpaqların geri qayıdış zəfəri idi. Bu qayıdış haqqın geri qayıdışı idi. Bu qayıdış Ali Baş Komandanın müdrik siyasətinin, uzaqgörənliyinin nəticəsi idi. Bu qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan Ordusunun qələbəsi idi. Düşmən tapdağında olan torpağımızın hər qarışının şəhid qanı və canı ilə qayıdışının qələbəsi idi. Xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inam və güvəninin qələbəsi idi. Bu tarixi qələbəni xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı ilə qazandı. Azərbaycanın və Qafqazın incisi Şuşanı piyada döyüşləri ilə, daşına bilən ağır sursatlarla, duman içində, göz-gözü görməyən çətin hava şəraitində dağlardan keçərək qaytardı. Azərbaycan əsgəri Şuşanı PUA-sız, tanksız, artilleriyasız işğaldan azad etdi!

Vətən müharibəsi dövründə “beşinci kolon” Azərbaycan Ordusunun məğlub olacağını düşünürdü. Ancaq Vətən müharibəsində ordumuz düşməni darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. Şübhəsiz ki, qələbəmiz xarici düşmənlər kimi ”beşinci kolonu" da məyus edib. Onlar bunu gözləmirdilər. İndi “beşinci kolon”un yenidən fəallaşmasının səbəblərindən biri də məhz budur...

Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya göstərdi. Artıq dünya, liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın varlığının şahidi oldu.

Həm də bu tarixi qələbə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi olan quru yollarla birləşdirilməsini təmin etdi. O quru yol ki, bərpası ilə ermənilərin ağrı-acısını əsrlərlə unutdurmayacaq. Bəli, Ermənistan artıq həm döyüşdə, həm də siyasət meydanında məğlub tərəfdir. Və nə qədər çox təxribatçılığa yol açsa bir o qədər çox uçuruma yuvarlanacaq. Necə ki, hazırda İrəvanda siyasi proseslər idərəolunmaz hala çatıb, ictimai-siyasi böhran dərinləşib. Ermənistan iqtisadi uçurumla üz-üzə dayanıb. Azərbaycan isə tarixi ədaləti, beynəlxalq hüququ bərpa edərək qələbənin sevincini yaşayır. O qələbəni ki, milli birliyi, həmrəyliyi və əsgərinin döyüş zəfəri, qanı və canı ilə qazandı. Bir sözlə, biz ədalət mübarizəmizi, tarixi və ilahi ədalət uğrunda savaşımızı Ali Baş Komandanımızın vədinə sadiq qalaraq qazandıq. Necə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 il öncə verdiyi “Biz o torpaqlara qayıdacağıq”, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədlərinə sadiqdir.

Lakin bu əsnada xainlər toplumunun yalnız Qarabağ qələbəsi reallığında deyil, istənilən digər uğurlu məsələlərdə də öz xarici ağalarının çıxarlarına işləməkləri barədə ikir bildirmək yerinə düşərdi. Misal üçün, sirr deyil ki, istər burada, istərsə də xaricdə oturub Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa çalışan antimilli ünsürlər bu istiqamətdə də səylər göstərirlər. Amma onların səyləri də iflasa məhkumdur. Hazırda əksər ölkələr kimi, Azərbaycan dövləti də qlobal pandemiya şəraitində profilaktik və mübarizə xarakterli zəruri, təxirəsalınmaz tədbirlər həyata keçirir. Ölkəmizdə ilk yoluxma qeydə alındığı andan etibarən respublikamızın müvafiq qurumları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Şübhəsiz ki, yaranmış vəziyyətdə dövlətimiz əhalinin sağlamlığının təmin edilməsini əsas məqsəd kimi qarşıya qoyub və ötən müddətdə görülən qabaqlayıcı tədbirlər, tətbiq olunan karantin rejimi bu pandemiyanın miqyasının genişlənməsinin qarşısının alınmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Əfsuslar olsun ki, öz “ənənə”sinə sadiq qalan dağıdıcı ünsürlər bu məsələdə də dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləməkdədirlər. Xüsusilə, xaricdəki anti-azərbaycan qüvvələrin direktivləri ilə hərəkət edən Cəmil Həsənli, Qubad İbadoğlu, Sevinc Osmanqızı, Qənimət Zahid və onlar kimi digər antimilli ünsürlər Azərbaycanda pandemiyanın təsirlərinin minimuma endirilməsi yönündə atılan addımları görməzdən gəlir, dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa çalışırlar. Hətta iş o yerə çatıb ki, həmin antimilli ünsürlər karantin rejimi çərçivəsində müəyyənləşdirilmiş qaydalara əməl etməyənlərə, asayişi qoruyan polislərə qarşı çıxaraq dövlətin qanunları pozanlara belə haqq qazandırır, digər şəxləri də bu cür qanunsuzluqlara yol verməyə çağırırlar. Bu isə həmin antimilli ünsürlərin təxribat cəhdi olmaqla yanaşı, ölkəmizdəki vətəndaş-dövlət birliyinə zərbə vurmaq səyidir. Şübhəsiz ki, hazırda yaşadıqları və ya “qonaq olduqları” ölkələrdə tətbiq olunan qaydalara sözsüz tabeçilik göstərən həmin ünsürlərin ölkəmizə münasibətdə bu cür “dil pəhləvanlığı” etməsinin arxasında bir sıra məqamlar dayanır. Belə ki, həmin antimilli ünsürləri narahat edən amil Azərbaycanda yeni növ koronavirus infeksiyasının geniş yayılmasına qarşı səmərəli tədbirlərin həyata keçirilməsi, kütləvi ölümlərin baş verməməsi, dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini qorumaq üçün qətiyyət nümayiş etdirməsi, eləcə də xalqımızın milli həmrəylik nümunəsi ortaya qoymasıdır.

Onlar həm ölkəmizdə, həm də dünyanın istənilən yerində Azərbaycana pislik etmək arzusu ilə yaşayır, ünvanımıza çirkab püskürürlər. Planetin harasında anti-azərbaycan qüvvələri təmsil edən bir ünvan tapırlarsa, dərhal onun dəyirmanına su tökürlər ki, ölkəmiz əleyhinə daha çox şər, böhtan üyüdülsün. Öz xalqına uğursuzluq arzulayan, öz vətənini xaosa, anarxiyaya sürükləməyə çalışan, öz dövlətinin problemlərlə üzləşməsinə çalışan adamların atdığı addımlar müxalifətçilik prinsipləri ilə deyil, düşmənçilik münasibətləri ilə üst-üstə düşür.

Bəs onlar daha kimdirlər? Öz xalqına uğursuzluq arzulamaqdan yorulmayan uğursuz “Milli Şura” təmsilçiləri! Onun çətiri altına sığınmış, hansısa konkret səhvinə görə işdən qovulmuş və imkan tapan kimi ölkədən çıxıb “ana müxalifət”ə çevrilmiş keçmiş vəzifə sahibləri. Bir də, hələ “macəra axtarmaqda olan” beyniqanlı söyüş müxalifətçiləri. Azərbaycan bu gün dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir, sosial-iqtisadi sahələrdə dinamik inkişaf təmin edilir, xalqın mənafeyi ciddi şəkildə qorunur, xalq-iqtidar birliyi dönməz xarakter alır, beynəlxalq aləmə inteqrasiya güclənir, qlobal layihələr uğurla gerçəkləşdirilir. Bütün bunlara görə narahatlıq hissi keçirən ermənipərəst dairələr əndişələnir, müxtəlif vasitələrlə ölkəmizə təzyiq etməyə çalışır, “beşinci kalon”a maliyyə dəstəyi göstərməklə, habelə digər şirnikləndirici metodlarla ayrı-ayrı siyasi qüvvələri ələ alır, dövləti zəiflətmək, konstitusiya quruluşunu dəyişmək üçün dəridən-qabıqdan çıxırlar. Şübhəsiz ki, belə bir yolla məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Çünki, qeyd etdiyimiz kimi, dövlətimiz ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi gücsüz, kövrək vəziyyətdə deyil, həm siyasi, həm də iqtisadi cəhətdən güclənib, beynəlxalq dairələrdə nüfuz sahibinə çevrilib və ən başlıcası, iqtisadi və siyasi böhran sularında üzən üçrəngli qələbə bayraqlı, Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə