Mətbuat Şurasında Berlin Jurnalistlər Məktəbinin təmsilçisi ilə görüş keçiriləcək
Sabah saat 13.00-da Azərbaycan Mətbuat Şurasında Berlin Jurnalistlər Məktəbinin əməkdaşı Klemens Şöl ilə görüş keçiriləcək. Qurumdan SİA-ya verilən xəbərə görə, kütləvi informasiya vasitələri təmsilçilərinin, media ekspertlərinin qatılacaqları toplantıda sözügedən qurumun "Mətbuat - xalqlar arasında vasitəçi kimi" adlı layihəsinin təqdimatı nəzərdə tutulur.
Layihəyə görə, müsabiqə əsasında seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrindən olan jurnalistlər 3 aylığa Berlinə dəvət olunur və bu müddətin 2 ayını hansısa alman mətbuat orqanında işləyir, təcrübə mübadiləsi aparırlar.
Qeyd edək ki, 2003-cü ildən başlayan layihədə indiyədək müxtəlif ölkələrdən ümumilikdə 140 jurnalist iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB