Ermənistanda fövqəladə hadisə olub yeraltı təkanlar qeydə alınıb

Ermənistanın Naxçıvanla sərhədində güclü zəlzələ baş verib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə işğalçı ölkənin Seysmik Mühafizə Xidməti məlumat verib.

Məlumata görə, yanvarın 21-dən 22-nə keçən gecə saat 23:23-də Naxçıvan-Ermənistan sərhəd zonasında, Naxçıvan şəhərindən 33 km şimal-şərqdə 3.8 bal gücündə zəlzələ qeydə alınıb.
Bilidilir ki, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, zəlzələnin mərkəzindəki təkanın gücü 5 bal olub.
Həmçinin qeyd olunur ki, zəlzələ Ermənistanın bir sıra yaşayış məntəqələrində 3-4 bal gücündə hiss olunub, silkələnmə müşahidə edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə