YAP Gənclər Birliyinin videokonfransı keçirilib FOTOLAR

Yanvarın 18-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfransda partiyanın rayon və şəhər təşkilatlarının gənclər birliklərinin sədrləri, eyni zamanda gənc fəallar iştirak edib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr əvəzi Ramin Məmmədov gəncləri salamlayıb və hesabatın gedişatında uğurlar arzulayıb. Daha sonra YAP İcra Katibliyinin Gənclərlə İş qrupunun rəhbəri Elmar Məmmədov, YAP Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətini əks etdirən hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.

YAP Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini əks etdirən məruzə konfrans iştirakçıları tərəfindən qənaətbəxş hesab olunub. Ramin Məmmədov videokonfransda çıxış edərək YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmizdə gənclərin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını deyən Ramin Məmmədov bildirib ki, Azərbaycanda gənclərin fəallıqlarının təmin olunması istiqamətində YAP da mühüm rol oynayır, onlar üçün əlverişli şəraitin yaradılmasına çalışır. Onun sözlərinə görə, partiyamızın sıralarında gənclərin sayının artması özü-özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı böyük perspektivlərə malik olduğunu ifadə edir.

Daha sonra videokonfransda çıxış edən gənclər birliklərinin sədrləri hesabat dövründəki fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində quraraq, ölkə Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi siyasi xəttin bütün ölkə gəncləri tərəfindən dəstəklədiyini qeyd edib, Azərbaycan gəncliyinin hərtərəfli istiqamətdə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirdiklərini və növbəti altı ay ərzində görüləcək işlərlə bağlı təkliflərini səsləndiriblər.

Sonda videokonfrans iştirakçılarına qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verildi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...