“DSK saxtalaşdırma edir, iqtisadiyyatımız acınacaqlı durumdadır” Hrant Baqratyan
Ölkə iqtisadiyyatının vəziyyəti görünməmiş dərəcədə pisdir və Statistika Komitəsi həmişə olduğu kimi yenə də saxtalaşdırma ilə məşğuldur, Ermənistan Respublikasının sosial-iqtisadi problemləri Nikol Paşinyanın əleyhinə olan qarışıqlıqda, üstəlik tamamilə diqqətsiz, nəzarətsiz qalıb. SİA Ermənistana məxsus armenianreport.com saytənda yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri, iqtisadçı Hrant Baqratyan özünün Facebook səhifəsində yazıb.
“Ermənistanın Statistika Komitəsi 2020-ci ilin yanvar-noyabr aylarında sosial-iqtisadi vəziyyəti xarakterizə edən makroiqtisadi göstəriciləri dərc edib. Buradan belə çıxır ki, ÜDM-də azalma təxminən 7,2%, tikintidə azalma 11,2%, ticarətdə azalma 13,5%, xidmət sektorundakı azalma 13,6%-dir, ixracat 5.2%, idxal 16% azalıb. Orta aylıq nominal əmək haqqı 4.2% artdığı deyilsə də, “Mənim addımım” mükafatını əmək haqqından çıxardığımızda, bu mükafatların əmək haqqındakı hissəsini nəzərə alsaq, ortalama aylıq nominal əmək haqqının artmadığını görürük. Bir sözlə, rəsmi rəqəmlərə görə bu pisdir. Amma, apardığımız təhlillərə görə vəziyyət görünməmiş dərəcədə və həddindən artıq pisdir. Statistika Komitəsi həmişə olduğu kimi məlumatları saxtalaşdırır. Makroiqtisadi göstəricilərdə daha da böyük iqtisadi tənəzzül ehtimalını göstərən bəzi məqamlar var. Bunlar sintetik və ya belə demək mümkünsə, təsirli göstəricilərdir. Məsələn, 2020-ci ilin yanvar-sentyabr aylarında xalis birbaşa xarici investisiya axını yalnız 311,1 milyon dram təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrünün göstəricisindən 123 dəfə azdır.
Büdcə ilə bağlı vəziyyət daha pisdir. Beləliklə, 2020 büdcəsində vergi gəlirləri 1602 milyard dram olmalıdır. 11 ayda 1244 milyard dramımız var. Bir il ərzində bu rəqəm maksimum 1360 milyard ola bilər. 2019-cu ilin 11 ayı ərzində 1.450 milyard vergi və rüsumumuz var idi ki, bu da geriləmədən xəbər verir. Beləliklə, büdcə gəlirlərimizdə 16% azalma var ki, bu da ÜDM-də və ya iqtisadi fəaliyyət göstəricisində azalmanın əslində ən azı 15% olduğunu göstərir”, deyə Hrant Baqratyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB