Prezidentin Şuşa səfərinə dair müstəsna iki tezis - AÇIQLAMA

"Prezidentimizin Şuşaya səfəri azad edilmiş digər Azərbaycan rayonlarına və şəhərlərinə səfərlərə bənzəməz. Şuşaya indiki səfər bundan sonrakı illərdə Prezidentin bu şəhərə şübhəsiz ki, edəcəyi növbəti səfərlərə də bənzəməz". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, əvvala, Qacarlardan, 1805-ci ildə məşhur rus generalı Sisianovdan, ruslardan, qəsbkar ermənilərdən üzü bəri Prezident İlham Əliyev Şuşaya legitim, yəni öz torpağı kimi ayaq basmış, dünyanın qanuni tanıdığı ilk müstəqil süveren dövlət başçısıdır: "Şuşaya Köçəryan, Sarqsyan, Paşinyan da gəlsə də onların heç birinin gəlişi dünyanın nəzərində legitim ayaqbasma hadisəsi ola bilmədi".

A.Quliyev vurğulayıb ki, ikinci, Azərbaycan Prezidentinin Şuşaya legitim gəlişi qəti sübut etdi ki, müstəqil Azərbaycanda keçmiş SSRİ-i dövründəki DQMV-nın hüdudlarında hansısa bir inzibatı ərazi vahidi daha heç vaxt olmayacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...