YAP Binəqədi rayon qdınlar şurasının hesabat iclası keçirildi

Yanvarın 15-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Qadınlar Şurasının 2020-ci ilin yekunlarına dair onlayn hesabat iclası keçirildi. Hesabat iclasında YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Qadınlar Şurasının sədri Aytac Əliyeva həmçinin rayonun ictimai fəal xanımlar, YAP Binəqədi rayon Qadınlar Şurasının üzvləri iştirak edirdi.

Giriş sözünü YAP Binəqədi Rayon Qadınlar Şurasının sədri Aytac Əliyeva açdı. O, qonaqları salamladıqdan sonra YAP Binəqədi Rayon Qadınlar Şurasının 2020 – ci ildə həyata keçirdiyi tədbirlər haqqında geniş hesabat məruzə ilə çıxış etdi. Pandemiya dövründə Binəqədi rayonunun ictimai – siyasi həyatında yer alan xanımların aktivliyini yüksək qiymətləndirən natiq, istər səhiyyə, istər təhsil, istərsə də həyat fəaliyyətinin müxtəlif sahələrində təmsil olunan qadınların vəzifələrini məsuliyyətlə icra etdiklərini bildirdi. Aytac Əliyeva 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, əldə olunan uğurlar, Ali Baş Komandanın və birinci xanım Mehriban Əliyevanın Şuşaya olan səfəri haqqında geniş fikir səsləndirdi. O, Azərbaycanın əzəli torpaqlarının – Dağlıq Qarabağ və ətraf rayonların, məhz müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü ilə işğaldan azad olunduğunu diqqətə çatdırdı. Ölkə rəhbərinin Ümummilli Lider Heydər Əliyevin ən layiqli siyasi varis olduğunu bildirən natiq, Azərbaycanın sadəcə regionun deyil, eləcə də dünya ölkələri arasında vacib aktoru olduğunu qeyd etdi. Mübarizənin artıq meydanlarda, kürsülərdə deyil, sosial şəbəkələrdə aparıldığını və bu istiqamətdə də rayon qadınlarının fəal rol almalı olduqlarını deyən Aytac Əliyeva, 2021-ci il üçün nəzərdə tutulmuş tədbirlər planında bu kimi məqamlara daha çox diqqət göstərildiyini vurğuladı. Natiq Binəqədi rayonunun ictimai-siyasi həyatında aktiv təmsil olunan xanımlarını ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti gələcəkdə də fəal təbliğ etməyə çağırdı.

Binəqədi rayonunun təhsil sahəsində əldə etdiyi uğurları haqqında danışan YAP Binəqədi rayon Qadınlar Şurasının İdarə Heyətinin üzvü, 299 saylı məktəbin direktoru Solmaz Kazımova pandemiya dövründə müəllim kollektivinin məsuliyyətinin daha çox olduğunu diqqətə çatdırdı. O, dərslərin onlayn keçirilməsinə baxmayaraq, məktəb məzunlarının dövlət imtahanlarında yüksək nəticə göstərdiklərindən, həmçinin 44 günlük Vətən müharibəsində könüllü iştirakından və torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri şücaətdən söz açdı. Bu sahə məktəblərdə çalışan YAP üzvlərinin fəal rol oynadığını diqqətə çatdırdı.

Həm pandemiya dövründə, həm də Vətən müharibəsi dövründə tibb işçilərinin göstərdikləri həssaslıq və şəhid olmuş həkimlərdən söz açan YAP Binəqədi rayon Qadınlar Şurasının İdarə Heyətinin üzvləri Məlahət İbrahimova və Nahidə Mahmudova səhiyyəmizin nailiyyətləri haqqında çıxış etdilər. Natiqlər hazırda vaksinasiya hazırlıq dövründə Azərbaycanın qabaqçıl dünya ölkələri ilə bir sırada durduğunu bildirdilər. Həmçinin, Prezident cənab İlham Əliyevə tibb işçilərini diqqətdən kənar saxlamadığına, onları çoxsaylı medallarla təltif etdiyinə görə təşəkkürlərini çatdırdılar.

Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dövlət idarəçiliyndə qadınlara göstərilən diqqətdən danışdı. O, Binəqədi rayonunun ictimai-siyasi həyatında rol alan qadınların,xüsusilə YAP üzvlərinin bütün məsələlərə həssaslıqla yanaşdığını, 44 günlük Vətən müharibəsində Binəqədi rayonundan olan şəhidlərin dənf mərasimində iştirak etdiklərini, sonradan isə həmin ailələrin yanından olduqlarını bildirdi və qadınlara fəallıqlarına görə təşəkkür etdi.

Hesabat iclasında qonaq qismində çıxış edən Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının 2020-ci ildəki fəaliyyətinin günün tələbləri çərçivəsində qurulduğunu diqqətə çatdırdı. O, Azərbaycan xalqının ötən dövrdə sıx birləşdiyini, üzləşdiyi çətinliklərə baxmayaraq, sınaqdan alnıaçıq çıxdını bildirdi. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına hesablandığını və bu istiqamətdə hər kəsin Ona dəstək verməli olduğu qeyd etdi. Hərbi meydanda qazanılmış Zəfərə toxunan millət vəkili, qarşıdakı mərhələdə Qarabağda, işğaldan azad edilmiş rayonlarda həyata keçiriləcək yenidənqurma işlərində hamının yaxından iştirak etməli olduğunu dedi. O, YAP Binəqədi rayon Qadınlar Şurasının gələcək fəaliyyətinə uğurlar arzuladı.

Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış etdi. O, YAP Binəqədi rayon Qadınlar Şurasının 2020-ci ildəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirdi. Bundan əlavə, natiq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə edilən uğurlardan, bunun vahid siyasi kurs əsasında icra edildiyindən və Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən bəhs etdi. İstər pandemiya dövründə, istərsə də Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin, məhz Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu, adının tarixə yazıldığını diqqətə çatdırdı. Prezident və ailəsinin Şuşaya olan səfərindən danışan Ramiz Göyüşov, bunun hamıda sevinc və qürur hissi, fəxr duyğusu yaratdığını dedi. O, Qadınlar Şurasını qarşıdakı mərhələdə daha əzmlə, təşəbbüskarlıqla fəaliyyət göstərməyə çağırdı. Çünki bütün Azərbaycan xalqı Qarabağın yenidən qurulmasında yer almalı, öz töhfəsini verməlidir.

Sonda 2020-ci ildə rayonun ictimai-siyasi həyatında fəal rol alan bir qrup xanım YAP Binəqədi rayon təşkilatı adından Fəxri Fərmanla təltif edildi.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə