"Keçmişdə atılmış səhvlərdən dərslər çıxarılır" ÖZƏL-MÜNASİBƏT

"Keçmişdə atılmış səhvlərdən dərslər çıxarılır" ÖZƏL-MÜNASİBƏT

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradılıb. Çox sayda problemlərin müşahidə olunduğu, informasiya çirkliliyinin geniş yayıldığı bir məkanda MEDİA-nın fəaliyyəti nədən ibarət ola bilər və Azərbaycan mediasının inkişafına hansı töhfələr verə bilər?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən media mütəxəssisi Rizvan Qənbərli bunları deyib: “Medianın İnkişafı Agentliyi ümumilikdə dövlətin mediaya dəstəyini həyata keçirən Kütləvi İnformasiya Vasitərlərinə Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında yaradılıb. Bu yeniləşmə özü göstərir ki, artıq dövlətin mediaya dəstəyi baxımından keçmişdə atılan addımların, görülən tədbirlərin effekt vermədiyini qəbul edirlər və bunu düzəltmək üçün bir niyyət ortaya qoyulub. Həmin niyyət isə ondan ibarətdir ki, artıq innovativ yanaşma ilə KİV-in media sektorunda yaşanan texnoloji yeniliklərlə ayaqlaşa bilən, dünyadakı trendləri tuta bilən və həmin trendlərə uyğun olaraq yeni bir konsepsiya ilə dövlətin mediaya dəstəyini istiqamətləndirmək istəyirlər. Təbii ki, bu normal bir addımdır. Bir növ keçmişdə atılmış səhvlərdən dərslər çıxarılır və yeni bir strategiya, konsepsiya ortaya qoyulur. Medianın İnkişafı Agentliyinin uğurlu olub-olmayacağı barədə danışmaq hələ çox tezdir. Təbii ki, biz onun fəaliyyətini və hansı addımlar atacağını görməliyik. Amma bu qurumun yaradılmasına pozitiv yanaşıram.

Əgər yeni qurum KİVDF-nin keçmişdə atdığı yalnış addımları təkrarlamayacaqsa, medianın aktiv rəqabətliliyini təmin edə biləcəksə və bunun üçün layihələr həyata keçirəcəksə, o zaman biz də təbii ki, bunu məmnuniyyətlə qarşılayacayıq. Keçmiş səhvlərdən alınan dərslərin düzgün qiymətləndirilməsini arzulayıram. Ümumiyyətlə medianın tənzimlənməsi prosesi elə bir işdir ki, dövlət bu sahədə aktiv rol oynamamlıdır. Media özü-özünü tənzimləyə bilməlidir. Dolayısı ilə bu baxımdan dövlətin mediayaya hər hansı bir maliyyə dəstəyi və ya strateji inkişaf dəstəyinin doğru olmadığı qənaətindəyəm. Dövlətin medianın inkişafında verə biləcəyi töhfələr onun mediaya ötürə biləcəyi maliyyə vəsaitləri deyil, daha çox strateji yanaşmadır və daha çox strateji hədəflər istiqamətində zəmin yaratmaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə