"Nikol, ən azı bir cəsarətli iş görməli, heç olmasa bir kişi addımı atmalısan!". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının Müqəddəs Taxtdakı keçmiş səfiri, tarix elmləri namizədi Mikael Minasyan Telegram kanalında söyləyib.
O, Ermənistanın baş naziri haqqında bir neçə düşüncəsini təqdim edib. SİA oxucularına onun bu fikirlərini təqdim edir.
1. Paşinyan, nə zehni, nə əqli, nə mental, nə də psixoloji cəhətdən belə səviyyəli danışıqlara tamamilə hazır deyil. Əslində, bu adam, sanki Moskvaya ilk dəfə gələn bir çobandır və hündürmərtəbəli binalara baxanda papağı daim düşür.
2. Yalnız bir axmaq adam danışıqlardan bir gün əvvəl nə istədiyini və hansı nəticələrə ehtiyac duyduğunu özünün Facebook səhifəsində yaza bilər. Yazaraq da Paşinyan yalnız kartlarını açıqlamadı, həm də qarşı tərəfin mövqeyini sərtləşdirməsi üçün özü öz yolunu kəsdi.
Azərbaycanlılar onu bir fakt qarşısında qoydular, amma onda bundan imtina etmək üçün bir cəsarət olmadı, heç yoxdur da.
3. Zəif iradəli bir cırtdan kimi, Paşinyan küt yeriş və tutqun gözlərin havası ilə danışıqlar masasına girə bilməz.
4. Müzakirə, danışıqlar masasında Putin kimi böyük insanlar, amma düşüncəsi, duyğuları və insani anlayışları zəif olan Paşinyan kimi insan var idi və o, əsirlər barədə heç danışmadı da və sadəcə, mırıldanmaqla kifayətləndi ki, belə olmazdı.
5. Paşinyan məhbus məsələsini həll etmədi və nəhayət başa düşməlidir ki, bu, onun yeri deyil. Heç nə onun deyil. "Mənim addımım" partiyaasını toplasın və çıxıb getsin. Ölkəni o belə rüsvay edə bilməz. Əlbətdə ki, bu ölkəni öz vətəni hesab edirsə.
6. "Ararat Hayat" otelinin xidmət işçilərinin dediyi kimi, Paşinyan axşam gecə saatlarında otelə gəldi və cəmi 20 dəqiqə ərzində paltarını dəyişdi və çıxıb getdi. Nikolun dəhşətli dərəcədə depressiyaya düşdüyü prinsipcə, başa düşüləndir. O, nə mümkün idisə, hər şeyi uduzdu. İndi o başa düşür ki, bu artıq onun ölkəsi, onun xalqı deyil. Nikol heç olmasa bircə dənə kişi addımı atsın!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB