"Prezident İlham Əliyev nə deyirsə, necə deyirsə elə də olacaq" - MÜSAHİBƏ

"Prezident İlham Əliyev nə deyirsə, necə deyirsə elə də olacaq" - MÜSAHİBƏ

Müsahibimiz ADMP sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, Moskvada keçirilən üçtərəfli görüşü necə şərhedərdiniz?

- Azərbaycan və Rusiya Prezidentlərinin, eyni zamanda, Ermənistanın baş nazirinin birgə görüşü əslində bir çox mətləblərə aydınlıq gətirmək üçün labüd idi və ona görə də, reallaşdı. Görüşün nəticəvi hissəsini özündə əks etdirən bəyənatdan da aydın şəkildə görünür ki, Azərbaycan yenə də, diktə edən tərəfdir və bundan sonrakı mərhələli müzakirə predmeti və ya predmetləri özündə əsasən 10 noyabr sənədində nəzərdə tutulan müddəaların həyata keçirilməsini ehtiva edəcək. Həmin predmetlərin arasında isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək koridorun təmin edilməsi də daxil çox vacib məsələlər, detallar yer alır. Azərbaycan Ermənistanla müharibədə açıq üstünlüklə qalib gəlib, öz əzəli torpaqlarını geri qaytarıb. İndi artıq masada başqa şərtlər var və bir daha deyirəm: həmin şərtləri də məhz Azərbaycan diktə edir. Cənab Prezident də açıq formada bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, bu anlayış keçmişdə qalıb və biz gələcək haqqında düşünməliyik. Həqiqətən də belədir. Qalib bizik. Regionda əsas fiqurlardan, söz sahiblərindən biri Azərbaycandır. Dağlıq Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Ən əsas məsələ isə budur ki, məlum üstün durumu, vəziyyəti Azərbaycan öz gücünə yaratdı. Hətta BMT-nin qətnamələrini də özü icra etdi. Nəhayətində isə Ermənistan məğlub oldu, kapitulyasiya aktını imzaladı. Bundan sonrakı proseslərdə və mərhələlərdə də Azərbaycan daim qalib olacaq.

- Üçtərəfli görüşdən sonar, mətbuat verilən açıqlamada Paşinyan yenədə statusdan və Hadruta köçürülmədən danışdı, Bunə sərsəmləmədir?

- Şəxsən mənə Paşinyanın nə deməyi qətiyyən maraqlı deyil. Mən o görüşdə əsasən dəyərli Prezidentim İlham Əliyevi izlədim və onun da hər kəlməsində qətiyyət, prinsipiallıq gördüm.

- Paşinyan Hadrut ətrafında təxribat törədbiş 62 erməninin qaytarılmasını teklif olaraq irəli sürən zaman cənab Prezident onların qaytarılmayacağını və status məsələsinin heç zaman müzakirə mövzusu olmayacağını bəyan edib. Bu bir daha Azərbaycan Prezidentinin Qarabağın probleminin Azərbaycanın diplomatik siyasəti ilə öz həllini tapacağını bir nöqtə olduğunu demək olar?

- Hadrut ətrafında təxribat törədən erməni caniləri hərbi əsir deyil, cinayətkardır. Cinayətkar olduqları üçün də qanun qarşısında cavab verəcəklər. Çünki belə cinayətkarlara hərbi əsir statusu şamil olunsa onlar gələcəkdə də min cür yeni-yeni təxribatlar həyata keçirə bilərlər. Üstəlik, hərbi əsirlərlə, müharibə dövründə və sonradan törədilən cinayətlərlə bağlı bütün nüanslar aydın bir formada Beynəlxalq hüquqda ayırd edilib. Yəni, nəyin sanksiyası nədir, fərqi nədir və sair, ilaxır. Ona görə də, həmin təxribatçıların hərbi əsir formasında geri qaytarılmasından qətiyyən söhbət gedə bilməz. Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, məlum məsələ müzakirə olunan zaman Azərbaycan Prezidenti İlham Əliyev öz qətiyyətli mövqeyini növbəti dəfə ortalığa qoydu və Paşinyanı pərişan etdi. O ki, qala status məsələsinə, bu barədə düşüncəm ondan ibarətdir ki, məsələ ilə bağlı cənab Prezident İlham Əliyev nə deyirsə, necə deyirsə elə də olacaq. Buna hər kəs əmin olsun. Çünki hazırda diktə edən tərəf Azərbaycandır. Məhz Azərbaycandır!

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə