Azərbaycan, Rusiya və Ermənistan liderləri 9 noyabr bəyanatını müzakirə edəcək

Azərbaycan, Rusiya və Ermənistan liderləri 9 noyabr bəyanatını müzakirə edəcək

Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq. SİA xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Tərəflər 9 noyabr üçtərəfli bəyanatının icra edilməsinin gedişatını, bölgədəki problemlərin həlli istiqamətində addımları müzakirə etməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə