Ermənilərin xəyənət müqabilində alçaldıqları qənaəti TƏHLİL

Ermənilərin xəyənət müqabilində alçaldıqları qənaəti TƏHLİL

Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Paşinyana münasibəti göz qabağındadır, həm də diqqət mərkəzindədir. Bu da əbəs yerə deyil. Çünki, Putinin Paşinyana münasibəti bir çox məqamlarda ümumilikdə erməni xalqına, erməniçiliyə münasibət kimi şərh edilir. Məsələn, Ermənistan mətbuatında qeyd olunur ki, Rusiya prezidenti erməni baş naziri alçaltmaqla, onu saymamaqla, utandırmaqla bütövlükdə Ermənistanı, erməni xalqını utandırır və alçaldır. Əlbəttə, erməni mətbuatında formalaşan fikirlərdə həqiqətlə uyğunluq var və görünür, ermənilər etdikləri xəyanətləri müqabilində ruslardan ancaq belə münasibət, onları alçaltmalarını gözləmək məcburiyyətindədirlər.

Həqiqətən də hazırda Ermənistanda bir qorxu, xof və təlaş yaşanmaqdadır. Bu ölkə vətəndaşları durmadan kimisə günahlandırır, kimdənsə şübhələnir, bəlalarını kiminsə üstünə yıxmağa çalışır. Ümumiyyətlə, erməni cəmiyyətində bir kompleks var, qorxu, alçalma xofu və sual altında qalan mövcudluq təlaşı müşahidə edilir.

Niyə belə bir mərəz formalaşıb bu cəmiyyətdə? Bəlli məsələdir və demək olar ki, hər kəsə bu əyandır, “İlan vuran ala çatıdan qorxar”. Bu gedişlə qorxu bir an belə onları tərk edən deyil. Çünki, özləri-özlərini elə bir formada tanıdıblar ki, hər kəsin barələrində ancaq alçaldıcı fikirdə olması, yaxud olacağı qənaətindədirlər.

Erməni mediası yazır ki, Vladımir Putin koronavirus testinin Nikol Paşinyandan götürülməsi üçün öz həkimlərini Ermənistana göndərib. Heç kimə sirr deyil ki, yaxın zamanda Moskvada yenə də Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının görüşü gözlənilir. İşğalçı ölkə mətbuatını qıcıqlandıran da məhz Rusiya prezidentinin öz həkimlərini yalnız Ermənistana, Nikol Paşinyandan test götürməyə göndərməsidir. Bu ölkənin KİV-ləri bu faktı baş nazirin, bununla bağlı olaraq isə, bütövlükdə Ermənistanın, erməni xalqının alçaldılması kimi ifadə edir. Hətta qeyd olunur ki, Rusiya və onun prezidenti üçün bir xalq olaraq ermənilərin milli zilləti yaşamağı yetərli deyil. Ermənilər belə qənaətdədirlər ki, Moskva daha çox şey istəyir və onsuz da sıxışdırılmış İrəvanı bir daha dalana sıxışdırmaq.

İndi təkcə erməni KİV-ləri deyil, eləcə də sosial şəbəkələrin erməni seqmenti də Nikolun Moskva səfəri öncəsi, məxsusi olaraq Rusiyanın, onun prezidentinin göndərdiyi həkimlər tərəfindən müayinəsi, yoxlanılması müzakirə mövzusuna çevrilib. Ermənistanın baş nazirinin şəxsi həkiminin Paşinyanın koronavirusa qarşı antikorlarının olması ilə bağlı təsdiq etdiyi sənədə Kremlin inanmaması, inamsızlığı xüsusi olaraq erməni cəmiyyətini narahat edir və qeyd edək ki, bu hal tam təbiidir və özünü bu şəkildə yalançı aparan cəmiyyətin inamsızlıq barədə ən azından kompleksləri belə gözləniləndir.

Doğrudur, indi ermənilər analoji müqaisələr aparırlar və başda Azərbaycan olmaqla müxtəlif ölkələri nümunə kimi çəkirlər. Qeyd edirlər ki, Moskvada gözlənilən görüş zamanı infeksiyanın yayılmasından Putin sığortalanmaq niyyəti ilə niyə təkcə Paşinyanı yoxlayır? Yaxud, niyə Putin yalnız Ermənistan baş nazirinin həkimlərinin Paşinyanın koronavirusa qarşı antikorlarının olması ilə bağlı təsdiq etdiyi sənədə inamsızlıq nümayiş etdirir və yalnız bu ölkəyə öz həkimlərini göndərir?

Ermənilər sual edirlər ki, Moskvada görüş öncəsi Almaniya kansleri və ya Fransa prezidenti, hətta Afrikadan gələn yüksək səviyyəli bir qonaq, qəbilə başçısı üzərində Putin belə yoxlamalar apara bilərdimi? Bu sualın ardından da yazırlar ki, xeyr, Rusiya prezidenti bunu onlara, hətta vəhşi qəbilə başçısına tətbiq etməzdi. Maraqlıdır, ermənilər başa düşmürlərmi ki, onlar bu sözlərlə, Rusiya, onun rəhbəri üçün onların ən geridəqalmış qəbilə başçısından da aşağı olduqlarını özləri təsdiq edirlər? Bu əslində bir xalqın, bir cəmiyyətin özü barəsində etirafıdır.

Həqiqtən, erməni cəmiyyəti bu qənaətdədir ki, Putin ancaq Paşinyanla belə bir saymazlıqla, hörmətsizliklə davrana bilər. Ona görə bu qənaətdədir ki, Moskva Ermənistanın hamıya borclu olduğunu çıx yaxşı bilir. Ələlxüsus, ruslara, bütövlükdə Ermənistanın Rusiyaya borclu olduğunu ermənilər etiraf edərək qeyd edirlər ki, məhz bu səbəbdən Putinin yumruğu, onun təhqir və alçaltmaları başları üzərindən əksik olmur. Bir növ ermənilər lağ hədəfi olduqlarını çox yaxşı başa düşürlər və qəbul da edirlər. Bu simasızlar elə bu səbəbdən də artıq Rusiyadan üz döndərib Qərbə tərəf yön alırlar. Hətta bu işğalçı ölkə mediası utanmadan yazır və sanki, Rusiya prezidentini, rusları təhdid edir ki, indi onların razılığını Qərb, hansıki ruslara dost olmayan ölkələr gözləyir. Həyasızlıqla bu ermənilər bəyan edirlər ki, Vaşinqtondan yeni rəhbərliyin müvafiq impulsları onsuz da onlara gəlib çıxır. Bununla da Rusiyaya bir növ hədə kəsirlər. Sual oluna bilər ki, bəs, bu mövqelərinin, bu davranışlarının fonunda ruslardan, onları təmsil edən Rusiya prezidentindən inamsızlıqdan, təhqirdən, alçaldılmadan başqa özünü xalq adlandıran bu nankor toplum daha nə gözləməlidir? Bu təzahür ermənilərin öz xəyənətləri müqabilində alçaldıqları qənaətidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə