“Canlı meyit necə sənəd imzalaya bilər?” "Ermənistanın səsi" yazır

“Canlı meyit necə sənəd imzalaya bilər?” "Ermənistanın səsi" yazır

Üç aylıq şok, stres, ağrı erməniləri bu gün Ermənistanın suverenliyinə və dövlətçiliyinə son qoyacaq bir xəttə gətirib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Ermənistanın səsi” qəzeti yazır.

Qəzet yazır ki, Paşinyan erməni xalqının varlığını ciddi təhlükə altına atdı.
“Artıq heç kim üçün sirr deyil ki, Nikol Paşinyan verdiyi şifahi razılaşmaları rəsmiləşdirmək və qanuniləşdirmək üçün başqa bir xain müqavilənin imzalanmasına ermənilərin gözü önündə hazırlaşır. Ölkə açıq şəkildə uçuruma düşmək təhlükəsi ilə qarşılaşıb, çünki Ermənistan hakimiyyəti adlanan şey, vətən anlayışından, vicdandan və hər hansı bir əxlaqi prinsipdən məhrum olan qüvvədir. Dövlət başçısı adlandırılan isə canlı bir cəsəddən, sözsüz plastilin cırtdanından başqa bir şey deyildir ki, ondan nə isə gözləməyə dəyməz. Canlı meyit necə sənəd imzalaya bilər?

Moskvada Ermənistan üçün daha bir biabırçı və fəlakətli sənəd imzalanacağı gözlənilir. Vəziyyətin absurdluğu ondan ibarətdir ki, güc toplamağa, ayılmaq və dövləti xilas etmək üçün iradə tapmağa çalışan bir cəmiyyət, ölkənin başı üzərində asılan təhlükəni yaxşı bilir”, deyə nəşr qeyd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə