Avropanın Vaşinqtondakı qarışıqlığa reaksiyası çox kəskin və dərhal olub. Hətta bir çox tanınmış siyasətçilər öz münasibətlərini, daha dəqiq desək qəzəbini, bununla yanaşı kədərini də gizlətməyib.
Avropa ölkələrinin hökumətləri ABŞ-dakı vəziyyətə fərqli münasibət bildiriblər. Onlar baş verənlərdən son dərəcə narahat olduqlarını açıq şəkildə ifadə edirlər. Qoca qitə sakinləri demokratik proseslərə təcavüzə yönəlmiş zorakı hərəkətləri pislədiklərini söyləyiblər.
Almaniya Kansleri Angela Merkel öz münasibəti ilə xüsusilə fərlənib və tam kəskin şəkildə öz rəyini ifadə edib.
"Dünən axşam ABŞ Konqresinin “fırtınası” barədə narahatlıq doğuran görüntüləri izlədik. Bu şəkillər məndə əsəb, eyni zamanda kədər doğurdu. Əminəm ki, ABŞ-ın əksər dostları kimi, Amerika demokratik ənənəsinə heyran olan milyonlarla insandan biri kimi özümü hiss edirəm", deyə Almaniya Kansleri Angela Merkel qeyd edib və onun video bəyənatı Twitter-də yayımlanıb.
O, prezident Donald Trampın seçkilərdə məğlubiyyətini etiraf etməyəcəyinə görə çox üzüldüyünü də əlavə edib.
Fransa sağ partiyası "Milli Ralli"-nin lideri Marine Le Pen, France 24 telekanalının efirində Vaşinqtondan gələn xəbərlərdən şoka düşdüyünü və demokratik proseslərə müdaxilə məqsədi daşıyan şiddətli hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb.
"Bütün Fransızlar kimi mən də bu şiddət kadrından şokdayam. İnanıram ki, bir demokratik müstəvidə etiraz etmək hüququmuzu müdafiə etməliyik, lakin dinc şəkildə etiraz bildirməliyik. Demokratik proseslərə təcavüzə yönəlmiş bütün zorakı hərəkətlər təbii olaraq qəbuledilməzdir", deyə Marine Le Pen fikirlərini bölüşüb.
Bundan əlavə, siyasətçi, Trampın Twitter hesabının müvəqqəti bağlanması ilə bağlı vəziyyətə də münasibət bildirib.
"Media nəhəngləri qərar verə bilərmi ki, kim danışmaq hüququna malikdir və onun danışmaq hüququna malik olub-olmadığını deyə bilərmi? Çünki gördüm ki, Tramp tərəfindən sakitliyə çağırış tviti Twitter tərəfindən senzuraya məruz qalıb", deyə Le Pen etirazını gizlətməyib.
İsveçrə rəhbərliyi də Vaşinqtonda baş verən qarışıqlıqdan şoka düşü. Konfederasiya prezidenti Guy Parmelin isə yeni rəhbərliyə dinc yolla keçidin qanunla nəzərdə tutulmuş qaydalara uyğun olaraq reallaşa biləcəyinə inandığını bildirib.
"Federal Şura Vaşinqtonda bir neçə nəfərin ölümünə səbəb olan hadisələrdən şoka düşüb. Amma Amerika qurumlarının gücünə və yeni rəhbərliyə dinc keçidin təmin edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcəyinə əminik. Qanun və Amerika Birləşmiş Ştatları konstitusuyası əsas götürülməlidir", deyə Parmelan, Twitter-də yayımladığı bir şərhdə bəyan edib.
Öz növbəsində İsveçrənin vitse-prezidenti və federal xarici əlaqələr üzrə müşaviri İqnasio Cassis azadlıq, demokratiya və milli birliyə qarşı hər cür hücumu qınayıb.
"İsveçrə ABŞ-ın öz demokratiyasını qoruyan qurumlarına, institutlarına etibar edir. Co Baydenin seçkilərdə qələbəsinin təsdiqlənməsi bunun təzahürüdür", deyə Cassis Twitter-də yazıb.
Bu arada Ukrayna Prezidenti Vladimir Zelenskiy Twitter-də ABŞ Konqresinə qarşı şiddəti qəti şəkildə qınadığını açıqlayıb.
"ABŞ Konqresinə qarşı görülməmiş şiddəti qətiyyətlə qınayırıq. Bu dəhşətli hücumdan bir neçə saat sonra Amerika xalqının iradəsini bir daha təsdiqləyən tarixi bir görüş keçirən dünyanın ən qədim və ən böyük demokratik qurumunun möhkəmliyi bizi təşviq edir", deyə Zelenskiy heyranlığını ifadə edib.
Polşa Prezidenti Andjey Dudanın da Twitter-də Vaşinqtonda baş verən hadisələrin ABŞ-ın daxili işi olduğunu bildirən bir mesajı var.
"Vaşinqtonda baş verən hadisələr, qanunun aliliyi olan demokratik bir dövlət olan ABŞ-ın daxili işidir. Hakimiyyət seçicilərin iradəsindən asılıdır və dövlətin, onun vətəndaşlarının təhlükəsizliyi bu məqsədlə hazırlanmış xidmətlər tərəfindən idarə olunur. Polşa Amerika demokratiyasının gücünə inanır", deyə Duda öz hesabında açıqlayıb.
Xatırladaq ki, bir qədər əvvəl Sputnik radiosu Rusiyanın ABŞ-dakı vəziyyətin Tramp və Amerikanın özünə necə təsir edəcəyini qiymətləndirdiyini yazmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB