"Putinin Qarabağda etdiyi sülh, barış üçündür" Dmitri Peskov

"Putinin Qarabağda etdiyi sülh, barış üçündür" Dmitri Peskov

Böyük ölkələr əvvəllər də olduğu kimi sülhə görə məsuliyyət daşıyır və Putinin də Qarabağda etdiyi məhz bunun üçün, sülh və barış üçündür. SİA Rusiyaya məxsus TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi rusiyalı jurnalist Vladimir Solovyova verdiyi müsahibəsində deyib.

Rusiya prezidentinin mətbuat katibi, xüsusilə Dnestryanıya toxunaraq, "biz dünyanın müxtəlif bölgələrindəki dağınıqlıq kimi vəziyyətin sabitləşməsindən sığortalı deyilik", deyib.

Eyni zamanda, Kremlin sözçüsünə görə, dünyada nüvə pariteti olduğu müddətdə genişmiqyaslı müharibədən söhbət gedə bilməz.

"Müharibə, Allaha şükür, nüvə pariteti olduğu müddətdə mümkün deyil", söyləyən Kreml sözçüsü, "bu, dünyanı müharibədən xilas edir", deyib.

"Dəhşətli müharibələr, halbuki burnumuzun ucunda baş verir", deyə Peskov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə