Kərki kəndi də Azərbaycana qaytarılır Ermənistan təşvişdə

Kərki kəndi də Azərbaycana qaytarılır Ermənistan təşvişdə

"Şurnux kəndindən sonra Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi də Azərbaycana qaytarılacaq" SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün "Facebook" səhifəsində yazıb.
"Bunu haradan öyrəndiyimi soruşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq", deyə erməni politoloq yazıb.
O, həmçinin erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan sistemli şəkildə çəkilməsi prosesindən də söz açıb.
"Şurnuxun Sovet dövründə hansı ölkənin bir hissəsi olduğunu müzakirə etdiyimiz zaman, xain Nikol qoşunları Dağlıq Qarabağdan çıxarır. Uşaqları məzuniyyət bəhanəsi ilə Ermənistana gətirilir və sonra onlara deyilir ki, azərbaycanlılar əsgərlərin xidmət yerlərinə qayıtmasına icazə vermirlər. Və bu, mütəmadi olaraq təkrarlanır", deyə Hrant Melik-Şahnazaryan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə