“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət normallaşmağa meyllidir və Bakı, eləcə də İrəvanın öz öhdəliklərini yerinə yetirmək, vəziyyətin ümumi sabitləşməsi istiqamətində çalışmaq meylini məmnuniyyətlə qeyd edirik. SİA Rusiyaya məxsus mətbuat səhifələrində, russian.rt saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib.
Lavrov, tərəflərin əməkdaşlığına da toxunub.
"Ərazidə" ortaya çıxan məsələlərin həllində tərəflərin göstərdikləri yüksək səviyyədə əməkdaşlığı qeyd etmək istəyirəm", deyə Sergey Lavrov fikirlərini açıqlayıb. O əlavə edib ki, Rusiya da atəşkəs razılaşmasının zəmanətçi funksiyasını yerinə yetirməyə davam edir.
“Gündəlikdə atəşkəs rejiminin pozulmasının qarşısının alınması, habelə ərazinin partlayıcı obyektlərdən təmizlənməsi, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, qaçqınların və məcburi köçkünlərin geri qayıtmasının təhlükəsizliyinin təmin edilməsi, kəskin humanitar məsələlərin həlli, tarixi abidələrin qorunması var”, deyə Lavrov bildirib.
Onun sözlərinə görə, bütün sahələrdə müsbət tendensiya müşahidə olunur.
Rusiya Xarici İşlər Naziri qeyd edib ki, bölgədə atəşkəsin pozulması halı qeydə alınıb, lakin ortaq səylər sayəsində məsələ həll edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB