Həmrəylikdən - Dəmir Yumruğa... - ŞƏRH

Həmrəylikdən - Dəmir Yumruğa... - ŞƏRH

Prezident İlham Əliyev: "Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir"

Prezident İlham Əliyev dekabrın 29-da dünya azərbaycanlılarını təbrik edərək bildirib ki, 2020-ci ilin bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vurduğunu deyib: "Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir".Prezident İlham Əliyev onu da vurğulayıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur: "Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir".

"Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir"

Prezident İlham Əliyev işğalçı Ermənistanın sentyabrın 27-də Azərbaycana qarşı təxribatına cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxaraq birlik nümayiş etdirdiyini bildirib: "Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır".

"Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir»,-deyən Prezident İlham Əliyev bildirib ki, bu qələbə xalq-iqtidar birliyinin Şanlı Zəfər Qələbəsidir: "Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir"

"Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir"

Prezident İlham Əliyev bildirib ki, dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı Azərbaycan dövlətinin, xalqımızın iradəsini, ordumuzun əzmini, əsgər və zabitlərimizin igidliyini bir daha nümayiş etdirdiyini bildirib: "Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram"."Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır",-deyən dövlət başçısı onu da bildirib ki, Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur".

Qalib 2020-ci il xalqımızın yaddaşında…

2020-ci il qalib il kimi bir neçə gündən sonra 2021-ci ilə ayağı sayalı il deyəcək. Bəli, hər ili yola salanda dönüm arxaya baxanda Qarabağ həsrəti, nisgili heç nə ilə əvəz edilmirdi. Ancaq bu həsrətə, bu nisgilə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev «dəmir yumruğ» siyasəti ilə su səpdi. 30 ilin həsrətinə 44 gün ərzində Qarabağ

Dövlət başçımızın dediyi kimi, 2020-ci il Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Bəli, 30 illik həsrətə son qoyulan Qarabağ Azərbaycandır! Zəfər Qələbəsi - «Mən hər bir azərbaycanlının Prezidenti olacağam», dediyi sözlərin bu gün sözdə yox, reallığa çevrildiyinin şahidi olduq. 30 illiyk həsrətə 44 gün ərzində son qoymasının əsas amili - XALQ-İQTİDAR-ORDU birliyinin, Ali Baş Komandanımız İlham Əliyev cənablarının son 17 illik Prezidentlik fəaliyyəti müddətində ordumuza daima diqqət və qayğısının, dəmir yumruğunun nəticəsidir.

Dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız, 30 illik həsrətimizə son qoyulmağımız olub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: "Azərbaycan indi o dövlət deyilki, onun maraqlarını kimsə kənara qoya bilər". Bəli, bu gün Azərbacan dövləti nə o dövlətdir, ordusu da nə o ordu deyil. Məhz 44 gün ərzində mənfur düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, ordusu darmadağın edildi, Azərbaycan əsgərləri onları iti qovan kimi qovdu: «Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".

Bəli, 2020-ci il sonda qələbəliklə başa çatdı. Şanlı tarixin yazılmasının əsas memarı - Ali Baş Komandan, QALİB SƏRKƏRDƏ İlham Əliyev cənablarının son 17 ildə yumruq siyasəti nəticəsində, Xalq-İqtidar birliyinin yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşməsidir və bu birlik bundan sonra da daha möhkəm olacaq. Çünki bu birlik dəmir yumruq siyasətinin memarı Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoydu.

Xoş xəbərləri xalqına özü birbaşa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə “Qarabağ Azərbaycandır!” deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. “Dəmir yumruq” həmrəylik gücümüzün simvoluna çevrildi. Həmrəylikdən gələn 30 illik haqq yolu dəmir yumruğa çevrilib düşmənin saxtalaşdırdığı illərin yalanını üzə çıxardı. Ədalətimizi həmrəylik gücü ilə bərpa etdi.

Bir sözlə, 2020-ci il Həmrəylik bayramının haqqını verə bildik öz qələbəmizlə, yekdil birliyimzlə... Həmrəyliyimiz mübarək! Həmişə birlikdə olaq! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə