Paşinyan öz oğlunu döyüşdən gizlədib? Gizli faktlar araşdırılır
Ermənistanda baş naziri Nikol Paşinyanın öz oğlu Aşot Paşinyanı Silahlı Qüvvələrdən tərxis etdiyi barədə məlumatlar araşdırılır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu ölkənin analitik-informasiya agentliyi Ermənistan Xəbərləri-NEWS.am Ermənistan Müdafiə Nazirliyinə vətəndaş Aşot Paşinyanın 8 Oktyabr 2020-ci il tarixində hərbi xidmətə çağırıldığı Ermənistan Silahlı Qüvvələrindən tərxis olub-olmadığı barədə sorğu göndərib.
Məlumatda həmçinin bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi sorğuya cavab da göndərib.
“Sorğuda göstərilən məlumatları əldə etmək üçün əlavə araşdırmaya ehtiyac duyulur. Sorğu barədə tələbə cavab ölkə qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə veriləcək", deyə Ermənistan Müdafiə Nazirliyinin cavabında bildirilir.
Xatırladaq ki, baş nazir Nikol Paşinyanın ikinci Qarabağ müharibəsi zamanı öz oğlu, Aşot Paşinyanı döyüşlərdən yayındırdığı, tərxis etdiyi barədə Ermənistan cəmiyyətində məlumatlar yayılıb. Qeyd edək ki, erməni vətəndaşlar, ələlxüsus öz övladlarını özgə torpaqları uğrunda itirən valideyinlər, baş nazirin öz öğlunu tərxis etməsi, döyüşlərdən saxlaması, yayındırması barədə məlumatlardan daha çox qıcıqlanırlar və bu faktların araşdırılmasını tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB