18 əsgərin ölümündə günahlandırılan podpolkovnik həbs olundu PUA qurbanları
Ermənistanda Qarabağda gedən hərbi əməliyyatlar zamanı 18 hərbçinin ölümünə səbəb olan podpolkovnik həbs olunub. SİA xəbər verir ki, bu barədə Sputnik Armenuya yazır. Sayt qeyd edir ki, hərbi qulluqçulardan birinin atası baş prokurora müraciət edib və övladının, habelə daha 17 nəfərin həlak olmasının, bir nəfərin isə yaralanmasının təfərrüatlarını danışıb.
Ölən əsgərin atası baş prokuror Artur Davtyana yazdığı məktubunda bildirib ki, hərbi əməliyyatlar vaxtı oğlunun Qarabağa göndərildiyini öyrənib və öz şəxsi avtomobili ilə övladını görməyə və şəxsi heyətə dəstək verməyə gedib.
“O, 9 oktyabrda İşxanadzor ərazisində düşmən PUA-nın səsini eşidib və həmin anda hərbi hissə komandirinin müavini yük maşınından enmiş əsgərlərə yenidən maşına minmək əmrini verməsinin, hərəkətin davam etdirilməsinin şahidi olub. Bir dəqiqədən sonra maşın PUA-nın zərbəsinə məruz qalıb və oradakı əsgərlər həlak olublar”, deyə sayt həlak olmuş erməni hərbçisinin atasının məktubuna istinadən yazır.
Daha donra bildirilir ki, prokuror istintaq komitəsinə məktub ünvanlayıb və aparılan araşdırmalardan sonra bəlli olub ki, insident hərbçilərin Horadizin Tili kəndinə aparıldığı zaman yaşanıb: “İşxanadzor kəndinin ərazisində hərbi hissənin komandir müavini, podpolkovnik A.V PUA-nın səsinə rəğmən hərbi qulluqçuları maşına minməyi və hərəkəti davam etdirməyi əmr edib. O, həmin vaxt bildirib ki, PUA havadan müdafiə güclərinin problemidir”.
“Tağım komandiri onun əmrini yerinə yetirib və 19 hərbçini maşına otuzdurub. Beş dəqiqə keçəndən sonra PUA maşına zərbə endirib və yaranmış yanğında 18 hərbçi ölüb, bir nəfəri isə yaralanıb. Həmçinin, yaralananlar arasında ölən hərbçilərdən birinin atası da olub, o öz maşınında hərbi hissənin mühəndis-istehkam xidmətinin rəsisini aparırdı”, prokurorluğun mətbuat xidmətindən bildirilib.
Əldə edilən sübut və dəlillərdən sonra podpolkovnik A.B-ya qarşı hərbi əməliyyatların getdiyi vaxtda vəzifə həddini aşma və ağır fəsadlara səbəb olma müddəası ilə cinayət işi açılıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB