Kütləvi həbslər və polislə kütləvi toqquşmalar İrəvandakı Ermənistan parlamentinin qarşısındakı etiraz mitinqindən başlayıb. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus Ren TV xəbər saytı məlumat yayıb, məqalə dərc edib.
Məlumatda qeyd edilir ki, bu barədə Ren TV-yə İzvestiya müxbiri xəbər verib. Bildirilir ki, bir qrup Nikol Paşinyanın müxalifləri millət vəkillərinin gəldiyi hökumət binasının girişində yerləşiblər. Etirazçılara görə, onlar bu yolla xalq nümayəndələri üçün "xəcalət dəhlizi" yaradıblar.
Xatırladılır ki, İrəvandakı etiraz aksiyaları noyabrın 10-na keçən gecə Ermənistan və Azərbaycan liderlərinin Rusiya ilə birlikdə Qarabağda atəşkəs barədə razılaşma imzalamasından sonra başlayıb və müxalifət Paşinyanın imkansız lider kimi istefasını tələb edir. Kütləvi informasiya vasitələri 2008-ci ildə Paşinyanın on nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı iğtişaşların təşkilatçılarından biri olduğunu da xatırladır. Ancaq o, Ermənistanın baş naziri olduqda, ölkənin keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi keçmiş səlahiyyətlilər bu işə qarışdırılıblar. Koçaryan isə özü barəsində ittihamları saxta adlandırıb.
Qeyd olunur ki, 16 noyabr tarixində Ermənistan prezidenti Armen Sarkisyan hakimiyyəti milli razılıq hökumətinə ötürməyin və yeni parlament seçkiləri keçirməyin lazım olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB