Paşinyan erkən parlament seçkilərinin keçirilməsi şərtlərindən danışdı

Paşinyan erkən parlament seçkilərinin keçirilməsi şərtlərindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə erkən parlament seçkiləri keçirilməsinin variantlarını açıqlayıb. Qanunvericilik növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün yalnız bir mexanizmi nəzərdə tutur - baş nazir istefa edir, parlament 2 dəfə baş nazir seçə bilməsə erkən seçkilər təyin olunur. Bunun üçün parlament üzvlərinin razılığını əldə etmək lazımdır, - SİA xəbər verir ki, baş nazir Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində belə deyib.

“İkinci varianta görə, konstitusiyaya dəyişiklik edilməsi lazımdır. Bunun köməyi ilə parlament özünü ləğv edə və erkən seçki təyin edə biləcək”- deyən hökumət başçısı onu da qeyd edib ki, buna görə də qərarların yalnız səlahiyyətlilər tərəfindən verilməməsi üçün hər şeydən əvvəl parlament üzvləri ilə məsləhətləşmələr aparmaq istəyir.

Bundan əlavə, o, Qarabağdakı müharibədə məğlubiyyətin səbəbləri barədə bütün həqiqətləri ortaya qoymağı planlaşdırdığını da əlavə edib.

Xatırladaq ki, Paşinyan siyasətçiləri 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib. Müxalifət hesab edir ki, erkən seçkilərdən əvvəl baş nazirin istefası lazımdır. N.Paşinyan isə yalnız xalqın qərarı ilə vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə