“Sabah nə Sünik, nə də “artsax” olacaq” ETİRAZ

“Sabah nə Sünik, nə də “artsax” olacaq” ETİRAZ

Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan Feysbuk səhifəsində yazır ki, Sünikdə (Zəngəzurda) baş verənlər Qarabağda baş verənləri unutdurur. SİA-nın məlumatına görə bu fikirləri panorama.am saytına qeyd olunub.

“Görürsünüzmü, türklər (azərbaycanlıları nəzərdə tutur) bizi Sünikdə (Zəngəzurda) elə sıxışdırıblar artıq “artsax” (Qarabağ) unudulur?”, deyə yazan keçmiş müavin müraciətində davam edir: “Xanımlar və cənablar, hakimiyyətyönlü deputatlar. Məgər siz Nikolu vətəninizdən çox sevirsiniz? Məgər siz Nikolun itirillməsini dövlətçiliyin itirilməsindən daha çox ehtiyat edirisiniz? Məgər Sorosun pulları sizin xələflərinizdən, qanları axıdılan qəhrəmanlarınızdan mühümdür? Mən inanmıram ki, sizin hamınız xəyanət edə bilərsiniz. Sizin aranızda satqınlar ola bilər, ancaq hamınız elə deyilsiniz. Deputatlar öz vicdanlarının və əqidələrinin səsinə qulaq asırlar. Mən inanmaq istəmirəm ki, sizin çoxunuzun vətən qarşısındakı vidan və əqidəniz birdəfəlik itirilib. Bu gün sizdə tarixi missiyadır. Onu şərəflə həyata keçirin və kiçik, konyuktur maraqlara getməyin”.

"Nikol Paşinyan xalqı inkişaf və təhlükəsizlik perspektivləri yolu ilə aparmaq iqtidarında deyil"

“Nikolun istefası, ya da ən uzağı hakimiyyətdən uzaqlaşdırılması günün imperatividir. Bu günü-gündən daha açıq görünür, daha tələbolunan məsələyə çevrilir. Siz özünüz bunu görür və dərk edirsiniz”, yazan Zakaryan əlavə edib ki, Nikol Paşinyan onları və xalqı inkişaf və təhlükəsizlik perspektivləri yolu ilə aparmaq iqtidarında deyil: “Sizin dövlətimizin dağıdıcı gedişinin sonsuz dərinliyə düşməsinin qarşısını almağınız üçün imkanınız var və siz bunu gələcək nəsillərimizə görə etməlisiniz. Əks halda bizim ölkəni yeni sarsıntılar və itkilər gözləyir. Vətən, öz ocağın və uşaqların uğrunda ayağa qalx. Unutma ki, dövlətin olmadan sənin də gələcəyin yoxdur. Sabah gec olacaq, sabah nə Sünik (Zəngəzur), nə də “artsax” (Qarabağ) olacaq”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə