Asalanın telegran kanalı: “Bütün xainləri 7 nəsil məhv etmək lazımdır” TERROR ÇAĞIRIŞI

Asalanın telegran kanalı: “Bütün xainləri 7 nəsil məhv etmək lazımdır” TERROR ÇAĞIRIŞI

“Bəsdirin bu müharibədə günahkarları axtardınız, nəyə görə onlar qalib gəldilər və bu kimi başqa şeylər... Əgər kimin günahkar olduğunu bilmək istəyirsinizsə, bu, sizsiniz, yalnız sizsiniz, biri xaindir, o biri böyük talançı, ikincisi kiçik talançı və s.”. SİA xəbər verir ki, bu fikir erməni terrorçularının “Asala nemzis” telegram kanalında yazılıb.

“İdiot və axmaq Paşinyan daxil olmaqla hər kəs fahişə olub”

Siyasət haqqında qeydlər edilən kanal təhqirli ifadələr işlədərək bildirilir ki, ölkədə heç vaxt dövlət başçısı, siyasətçi olmayıb: “Hələ də öz məxmərini yellədən idiot və axmaq Paşinyan daxil olmaqla hər kəs fahişə olub. Həmin məxməri onun bir yerinə dürtmək lazımdır. Bəli, o, axırıncı oldu və onu elə bir rəhbərə çevirdilər ki, məğlub oldu, torpaqları verdi və rüsvayçı sənədi imzaladı. Əgər axmaq olmasaydı, bu zaman baş verənlər də yaşanmazdı”.

“Asala nemzis” erməni xalqına müraciət edərək bildirib ki, xalq ilk əvvəl özünü təmizləməli, ardınca isə xainləri nəsillikcə məhv etməlidir: “Yaxşı olardı ki, gedin özünüz-özünüzü araşdırın, sizə nə lazımdır və haraya doğru getmək gərəkdir. Özünüz-özünüzü təmizləməlisiniz. Bütün xainləri isə 7 nəsil məhv etmək lazımdır”.

“Türk ad və soyadlarınızı dəyişin... İçinizdəki satqınlardan qurtulmasanız, onları məhv etməsəniz itirməkdə davam edəcəksiniz”

Terror çağırışı ilə yanaşı, “erməni tarixi” barədə də qeydlər edən adıçəkilən teleqram kanalı bildirib: “Bütün erməni tarixində hər zaman satqınlıq olub. Bir şah digərinə qarşı, knyaz o birinə qarşı, məlik başqa məlikə qarşı və budur “böyük ermənistanı” itirmişik və əgər özünüz-özünüzü təmizləməsəniz, içinizdəki satqınlardan qurtulmasanız, onları məhv etməsəniz itirməkdə davam edəcəksiniz”.

Maraqlıdır ki, erməni teleqram kanalı digər bir məsələyə də toxunaraq bildirib ki, kökü türk sözləri olan soyadlarda da dəyişikliklər etmək lazımdır.

“Hə, daha türk dilini az isitifadə edin və türk adlarını, soyadlarını dəyişin (allahverdyan, gürcinyan, sultanyan, paşinyan və s. və i.) Ən əsası isə özünüzdən başlayın”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə