Verdiyi sözü daima yerinə yetirən xalqın Prezidenti - MÖVQE ÖZƏL
"Bir dövlətin mövcudluğu, onun milli maraqlarının təmin olunması və hərtərəfli inkişafı üçün yüksək potensiala, təcrübəyə eləcə də böyük dövlətçilik təcrübəsinə malik olan bir liderə sahib olması çox vacibdir. Azərbaycan məhz elə dövlətlərdən biridir ki, onun bu cür yüksək keyfiyyətlərə sahib olan bir lideri vardır və o şəxsiyyət cənab Prezident İlham Əliyevdir. Tarixə nəzər yetirsək şahidi olarıq ki, Azərbaycan öz tarixinin ən güclü mərhələsini yaşayır. Bunun da başlıca səbəbi ondan irəli gəlir ki, Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik irsi, onun müəyyən etdiyi inkişaf kursu sayəsində İlham Əliyev bu dövləti ən böyük nailiyyətlərə yetirib". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevi hər zaman digər liderlərdən fərqləndirən ən önəmli keyfiyyətlərdən biri də onun xalqın qarşısında söylədiyi hər bir sözü tam şəkildə reallaşdıra bilmək bacarığına malik olmasıdır: "İlham Əliyev 17 illik prezidentlik dövründə Azərbaycanı hərtərəfli inkişaf etdirmiş, onun iqtisadi və hərbi potensialını gücləndirmişdir. Sentyabr ayının 27-də Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı Ermənistana qarşı əks-hücum əməliyyatlarına başlayanda, cənab Ilham Əliyev öz dəmir yumruğu ilə bildirirdi ki, Azərbaycan bu haqq savaşında sona qədər gedərək öz torpaqlarını işğaldan azad edəcək".
F.Nəbiyev vurğulayıb ki, xalqı qarşısında tutduğu sözü daima yerinə yetirən xalqın Prezidenti, böyük sərkərdə İlham Əliyev 44 günlük Vətən Müharibəsinin sonunda 30 il işğal altındakı torpaqlarımızın həsrəti içində yaşayan xalqımız böyük zəfər bəxş etdi: "Artıq Azərbaycan 17 il ərzində dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin varisi Prezident İlham Əliyev rəhbərliyi ilə aparılan siyasət nəticəsində bütövdür və bundan sonra gələcəyə böyük inkişaf addımları ilə irəliləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB