"Ağdam işğal edilib, dağıdılıb və içində heyvan saxlanılıb" FOTOLAR

"Ağdam işğal edilib, dağıdılıb və içində heyvan saxlanılıb" FOTOLAR

Dünyaca məşhur Azərbaycan əsilli fransız fotoqram Rza Deqqati işğaldan azad edilən Ağdamdan yeni fotolar yayımlayıb. SİA-nın məlumatına görə, fotoqraf şəkilləri "İnstagram" səhifəsində yayımlayaraq bu sözləri qeyd edib: "Ağdam, Qarabağ, Azərbaycan... 21-ci əsrin Xirosiması Ağdam... Ağdam məscidi bütün şəhərdə hələ də ayaq üstə duran yeganə binadır. Otuz ildən çoxdur ki, ermənilər tərəfindən işğal edilmiş, dağıdılmış, inək və donuz ferması kimi istifadə edilib.

1868-1870-ci illər arasında memar Səfi Xan Qarabaği tərəfindən inşa edilib".

O daha sonra fotoqraf Andrey Qalafyevin 2007-ci ildə məsciddə çəkdiyi heyvanların fotolarını yerləşdirib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə