Sabah bütün deputatlar koronavirus testindən keçəcək

Sabah bütün deputatlar koronavirus testindən keçəcək

Sabah bütün deputatlar koronavirus testindən keçəcək. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova bildirib ki, sabah deputatlar növbəli şəkildə Milli Məclisdə COVİD-19 testindən keçəcək. Sədr bu işin təşkili ilə bağlı aparat rəhbərinə tapşırıq verib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə