Polis Gorus merini Paşinyana görə həbs etdi Ermənistan mətbuatı yazır
Ermənistan polisi Paşinyanı Sünikə buraxmamağa çağıran Goris merini saxlanıldığını təsdiqləyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, Ermənistan polisi Goris meri Aruşa Aruşanyanın saxlanılması, barəsində cinayət işi açılması haqda qərar verib. Bildirilir ki, bu məqsədlə o, ibtidai istintaq orqanına təhvil verilib.
Qeyd edək ki, Aruş Aruşanyan könüllü olaraq döyüşlərdə iştirak etmiş və Nikol Paşinyanın qərarına qarşı çıxmışdır.
Xatırladaq ki, bu gün səhər tezdən Nikol Paşinyan guya sakinlərlə görüşmək üçün bölgələrə səfər etmək istəyib, lakin sakinlər buna etiraz edirlər. Elə buna görə də vəziyyət daha da gərginləşib və polis məmurları ilə vətəndaşlar arasında qarşıdurma yaşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB