“Rusiya Azərbaycan ərazisindən Xankəndiyə tikinti materialları, humanitar yardım aparır. "Özünü müdafiə dəstələri" adında qanunsuz silahlı birləşmə təchizatla təmin edilir və Azərbaycan əsgərinə qarşı diversiya edir. Arayik Arutunyan da Rusiyanın yardımı ili "mini hökumət" qurur. Bizə qarşı düşmənçiliyi davam etdirir”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Rusiya Qarabağdakı ermənilərə yardım etməklə Azərbaycana qarşı qoyur: “Rusiyanın buradakı ermənilərə humanitar və infrastruktur qurması qanunsuzdur və buna rəsmi Bakı icazə verməməlidir.
Azərbaycan tədricən özü bu işləri etməli idi. Oradakı ermənilər ya bizim vətəndaşlığımızı qəbul edəcək, ya də çıxıb gedəcək. Rusiya bunlara kömək etməklə, yenidən burada mina hazırlayır. Silahlı erməni birləşmələri qalacaqsa, ora humanitar yardımın aparılmasına icazə verilməməlidir. Azərbaycan mütləq Rusiya rəhbərliyinin bu təxribatçı siyasəti nəticəsində ermənilərin dirçəldilməsinə imkan verməyəcək. Əvvəlki vəziyyət tarixdə qaldı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB