ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi çox məntiqsizdir - AÇIQLAMA
"ABŞ-ın Türkiyə üçün əhəmiyyətli bir müttəfiq ölkədir, ancaq Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi çox məntiqsizdir. Türkiyə dəfələrlə ABŞ-dan "Patriot" hava hücumundan müdafiə sistemini almağa çalışıb, ancaq Obama administrasiyası Türkiyənin tələblərinə mənfi cavab verib. ABŞ-dan "Patriot"ları ala bilməyən Türkiyə də öz hava məkanını qorumaq üçün Rusiyadan S-400-ləri alıb". Bunu SİA-ya açıqlamasında Türkiyənin Praqadakı səfiri Egemen Bağış deyib.
ABŞ-ın sanksiya qərarını məntiqsiz addım kimi qiymətləndirən Bağış "Türkiyədə hərbi sənayə məhsullarının alınmasında qərar verən şəxsə sanksiya tətbiq etmək qərarı, bütün Türkiyəyə amerikan məhsulu almayın deməkdir", deyə vurğulayıb.
Diplomat açıqlamasının davamında bildirib ki, Amerika Birləşmiş Ştatları bizim üçün vacib bir müttəfiqdir: "Ancaq ABŞ-ın atdığı bu səhv addım müttəfiqlik ruhu ilə uyğun gəlmir, münasibətlərimizə xələl gətirir və məntiqsizdir. Çünki Türkiyə ABŞ-dan Patriot hava müdafiə sistemlərini almaq üçün dəfələrlə müraciət etsə də, bu tələb rədd edilib. Ölkəmiz hava müdafiə sahəsini qorumaq üçün Rusiyadan S-400 hava müdafiə sistemi də alıb. Bunu yalnız mən deyil, sanksiya qərarı qəbul edən hazırkı prezident cənab Tramp da G-20 zirvəsində dilə gətirib və bu məsələdə Obama administrasiyasını günahlandırıb. Cənab Tramp "Əgər "Patriot"lar Türkiyəyə verilsəydi, Türkiyə S-400-ləri almaq məcburiyyətində qalmazdı" deyib. Lakin bunları deyən Tramp eyni zamanda sanksiya qərarlarına da imza atıb".
Səfir qeyd edib ki, Türkiyənin S-400 almasında G-20 zirvəsində Obama adminitrasiyasını günahlandıran Trampın Türkiyəyə qarşı sanksiya qərarı Amerikadakı daxili siyasi çəkişmələrlə əlaqələlidir: "Məsələ 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlanan Trampın Bayden administrasiyasına geridə problemli bir xarici siyasət qoymaq istəməsidir".
E. Bağış sonda vurğulayıb ki, sanksiya qərarları Türkiyəyə qarşı deyil, tamamilə Amerikadakı daxili siyasətə yönəlmiş bir addımdır: "Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu da bunu NATO toplantısında Pompeoya deyib. 2024 - cü il seçkilərinə hazırlaşacağının siqnallarını verən cənab Tramp, cənab Bayden administrasiyasına geridə hamar bir xarici siyasət qoymaq əvəzinə, problemli xarici siyasət təhvil vermək istəyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB