Zəngəzur erməniləri dar ayaqda hara qaçacaqlarını bilmirlər QORXU+FOTOLAR
“Nikol Paşinyan nə qədər çox qalacaqsa, bir o qədər də pis olacaq. Onun rəhbər fəaliyyətində qalmasını mənasız hesab edirəm”. SİA xəbər verir ki, bu barədə ter.am-a Sünikin (Zəngəzur) Vaqatur icmasının sakini deyib.
Onun sözlərinə görə, icma sakinləri Kəlbəcərin təhvil verilməsindən sonra özlərini təhlükəsiz hiss etmirlər, onların təhlükəsizlik zəmanətləri yoxdur.
Vaqatur kəndinin sakini: “Bu kəndin sonrakı taleyi ilə bağlı gələcəyini görmürəm”
“Nikol Paşinyanın mövcud rəhbərliyi, hökuməti çox zəifdir, o bütün respublikaya rəhbərlik etmir, bizim yüz faizlik qarantiyamız yoxdur. Qoy Nikol Paşinyan istefaya getsin, erməni xalqını bu ağrı-əzablardan qurtarsın. Hayıf, hamını öldürdülər. Mən yaxşı heç nə görmürəm, bu kəndin sonrakı taleyi ilə bağlı gələcəyini görmürəm”, erməni kənd sakini bildirib.
Erməni saytı xatırladır ki, Vaqatur icması yeni sərhəddən 5-6 km aralıda yerləşir. Sakin bildirir ki, kənddə panika hökmranlıq edir və onlar kənddən hansı istiqamətə qaçacaqlarını da bilmirlər.
“Bu qədər qurban verdiyini bilə-bilə Hadrutu, Şuşanı təhvil verdi”
“Bu situasiya rəhbərliyin hesabına yaranıb. Nikol Paşinyan bilirdi ki, Türkiyə iyulda Azərbaycanda böyük hərbi toplantılar keçirir. Lakin Ermənistan əhalisi bunu bilmirdi. Qoy, o, açıq şəkildə bunu xalqa çatdırardı ki, torpaqlar təhvil verilib və bu qədər qurbanlar da olmazdı. Bu qədər qurban verdiyini bilə-bilə Hadrutu, Şuşanı təhvil verdi. Torpaqlar “satılıb”. Situasiya mövcud hakimiyyətin günahına görə yaranıb. Mən düşünürəm ki, onun rəhbərlikdə qalmasının heç bir mənası yoxdur”, erməni sakin bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB