Misir portallarında Ümummilli Lider Heydər Əliyev haqqında məqalə yayılıb

Misir portallarında Ümummilli Lider Heydər Əliyev haqqında məqalə yayılıb

Misirin “Alkhabaralmasrı”, “Nile1”, “Youm7”, “Akhbarelyoum”, “Asiaelyoum”, “Dostor” informasiya portallarında ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqaləsi yayılıb.

SİA xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edilib. Vurğulanıb ki, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmiz qısa müddətdə regionun aparıcı və ən güclü dövlətinə çevrilib, dünya dövlətləri sırasında layiqli yerini tutub. Ulu Öndərin bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğu diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə