BVF-yə müvəqqəti rəhbər axtarılır

BVF-yə müvəqqəti rəhbər axtarılır

ABŞ maliyyə naziri Timoti Qaitner Beynəlxalq Valyuta Fondunu Dominik Stros-Kanı əvəzləmək üçün müvəqqəti rəhbər təyin etməyə çağırıb. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, fransız Stros-Kan hazırda qadını zorlama cəhdində ittiham olunaraq Nyu-York həbsxanasında saxlanılır.

Qeyd edək ki, artıq Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Dominik Stross Kan istefa verib. D.Stross-Kan məktubunda ünvanına səslənən bütün ittihamları rədd edib. Onun sözlərinə görə, istefa verməklə ömrünün əhəmiyyətli illərini həsr etdiyi fondu qorumaq niyyətindədir: "Bundan sonra bütün gücümü öz günahsızlığımı sübut etməyə yönəldəcəyəm".

Qeyd edək ki, 62 yaşlı Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı "Sofitel" hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. Qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə