Xatırlayırıqsa, iqtisadi baxımdan 2020-ci ilə guya ki, Ermənistanın daha nikbin başladığını bu ölkə hakimiyyəti bəyan edirdi və daxili auditoriyanı aldatmağa çalışırdı. Bəlkə də hardasa, buna nail ola bilirdi də. Ən azından bu gün bu işğalçı ölkədəki kimi hakimiyyətə ultimatumlar səsləndirilmirdə. İndi isə vəziyyətin tamamilə dəyişdiyini görməmək mümkün deyil və bu il Ermənistan həm nəzarəti itirdiyi koronavirus infeksiyasından, sonra da müharibə zamanı rüsvayçı məğlubiyyətlərlə qarşılaşmalı, itgilər verməli oldu ki, bununla heç bir nikbinliyə zərrə qədər əsas qalmadı. Bu biçarə ölkədə 2020-ci il heç zaman olmayan mənfi iz buraxdı, həm builki büdcənin icrasını, həm də gələn ilin imkanlarını şübhə altına aldı.
Bu il işğalçı ölkənin geriləməsinin nə qədər olacağını söyləmək belə çətindir. Milli Məclisdə işğalçı ölkənin maliyyə naziri Atom Cancuqazyan qeyd edib ki, koronavirusun Ermənistan iqtisadiyyatına mənfi təsiri hələ bitmək bilmir, nəinki, müharibənin məğlubiyyət və itgiləri. Müharibənin mənfi təsirləri barədə isə nazir susur. Əslində, sussa da məğlubiyyətləri və bu məğlubiyyətdən doğan itgiləri, dövlət büdcəsinin yox dərəcəsinə enməsi, üstəlik dövlət borcları göz qabağındadır və bunu deməsə belə hər kəsə bəllidir. Belə olan halda bu ölkənin maliyyə naziri hansısa bir irəliləyiş olacağı barədə hansı üzlə danışa bilər?
Nazir, koronavirusun bütün dünyanı sarsıtdığını bəhanə olaraq diqqətə çatdırır və bir növ bunun təkcə Ermənistana yox, hamıya mənfi təsir göstərməsi ilə ölkəsini sığortalamağa çalışır. Onun sözlərinə görə, əvvəllər iqtisadi artım dünyanın demək olar ki, bütün ölkələrində proqnozlaşdırılırdısa, indi yenidən işlənmiş proqnozlar tamamilə əks təsəvvür formalaşdırır. Amma, erməni maliyyə nazirinin timsalında erməni səlahiyyətlilərə xatırladırıq ki, hamıdan fərqli olaraq, Azərbaycanın erməni terrorçuları, separatçıları tərəfindən işğaldan saxlanılan torpaqlarının azad edilməsi istiqamətində hərbi əməliyyatlara başlaması və öz düçməninə vurduğu zərər Ermənistan iqtisadiyyatına və bütövlükdə işğalçı ölkə büdcəsini tamamilə sarsıdıb. "Bu cür şərtlərdə 2021-ci il dövlət büdcəsi layihəsini iki dəfə yenidən nəzərdən keçirdik, lakin xərclərin azaldılması təkliflərini heç vaxt müzakirə edə bilmədik və bu mümkünsüzdür", deyə erməni maliyyə naziri bəyan edib.
Artıq Ermənistanda 2020-ci il büdcəsinin az icra olunduğu göz qabağındadır. Müxtəlif hesablamalara görə, bu işğalçı ölkədə aşağı performans təxminən 17% təşkil edəcək. Milli Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin üçüncü rübündə ölkənin Ümumi Daxili Məhsulu, ilkin məlumatlara görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,1% azalmışdı. Nəzərə alaq ki, məğlubiyyəti və itgiləri ilə nəticələnən müharibənin fonunda azalmanın səviyyəsi qeyd olunandan dəfələrlə yüksək olmalıdır. Daha aydın şəkildə desək, işğalçı ölkənin dövlət büdcəsinin üçüncü rübün nəticələrindən dəfələrlə az olacağı zərrə qədər şübhə döğura bilməz.
Hətta, əgər varsa belə, çox optimist, doğru-dürüst bir ssenari altında Ermənistan hələ qarşıdan gələn ilin, 2021-ci ilin sonuna belə ötən illərlə müqaisədə geriləməni sıfıra yaxınlaşdıra bilməyəcək. Nikol Paşinyan hökumətinin proqnozu gerçəkləşərsə belə, planlaşdırılan böyüməni təmin edə bilərsə belə, 2021-ci ilin sonuna 2019-cu illə müqayisədə 3,5% azalma indidən etiraf edilir.
Məsələ burasındadır ki, Ermənistanda hal-hazırda hansısa bir layihədən, ssenaridən nə danışan var, nə də danışan olsa belə buna məhəl qoyan yoxdur. Şünki, hakimiyyət və müxalifət nümayəndəsi olmasından asılı olmayaraq hər kəsin başı siyasi proseslərə, meydanlarda etirazlara qarışıb. İndi iqtisadiyyat, inkişaf, dinamika və bu kimi məsələlər kiminsə ağlına belə gəlmir. Hamiının diqqəti meydanlara fokuslanıb və bir növ vətəndaş müharibəsi astanasında olan ölkə üçün bu başadüşüləndir. Yəni, qısa olaraq desək, hansısa irəliləyişdən söhbət belə gedə bilməz, çünki, buna fikir verən belə yoxdur.
Digər tərəfdən, göz qabağındadır ki, Ermənistan cəmiyyətində yalnız nifrət hökm sürür. Ağlara və qaralara bölünən bu cəmiyyət hərhansı müstəvidə iki cəbhəyə bölünüb və biri gigərinə düşmən kəsilib. Bu işğalçı ölkədə hakimiyyət daxilində belə müxtəlif parçalanmalar hökm sürürsə, qruplaşmalar varsa, bir qrup digərinə nifrət aşılayırsa, belə olan halda hansısa gələcək çox qaranlıq görünür. Üstəlik, bu ölkədə müxalifət hakimiyyətlə mübarizə aparmaqdan əlavə ona nifrətlə yanaşır, hakimiyyəti xəyanətdə, xəyanətkarlıqda, ölkəsini, vətəndaşlarını satmaqda ittiham edir.
Heç şübhəsiz ki, nifrət toxumlarının bundan sonra azalacağı da inandırıcı deyil. Əksinə, günü-gündən etiraz aksiyaları qızışan İrəvanda müxalifətin aqressiv hərəkətləri diqqəti cəlb edir və bu da təsdiq edir ki, müsbət istiqamətlərdə gözləntilərə dəyməz. Nifrətin bu şəkildə artması fonunda, bir ölkənin, özü də işğalçılıq siyasəti yürüdən bir ölkənin xarici borcunun azalacağı barədə Nikol Paşinyanın, yaxud, onun yerində kim olur-olsun uydurmalarına inanan olarmı? Bu fikirlərə həmin o populist çıxışlara inanmaq marağında olan ermənilər özləri də artıq inanası deyil.
Müharibədən sonra, daha dəqiq desək, məğlubiyyətlə qarşılaşdıqdan sonra hansı investisiyadan söhbət gedə bilər? Qalib ölkələr, ələlxüsus Azərbaycan kimi sərvətlərə, ehtiyatlara və ilk növbədə qlobal iqtisadi layihələrə sahib qalib, məğrur ölkə dura-dura, kimlər Ermənistana vəsait yatırımına maraq göstərər? Üstəlik, hələ də daxili çəkişmələr, müharibə əhval-ruhiyyəsi hökm sürən ölkə hansısa sərmayəçinin maraqlarına cavab verə bilməz axı. İndi müharibədən sonrakı bu vəziyyətdə, yeni bir müharibə, vətəndaş müharibəsi riski və daxili siyasi qarışıqlıq səbəbi ilə ermənilərin investisiya gözləməsi real deyil. Nikol Paşinyanın guya ki, qətiyyətli antikorrupsiya mübarizəsi belə investisiya gətirmədi bu işğalçı ölkəyə. İndi vəziyyət yumşaq desək daha əlverişsizdir. Daha dəqiq desək çox acınacaqlıdır və ən uğursuz bir sərmayədar belə kataklizmlər burulğanında fırlanan Ermənistana investisiya qoymaq barədə düşünməz belə. Vəsaitləri olanlar, invedtisiya qoymaq marağında olanlar bir qayda olaraq, macəralara deyil, iqtisadi layihələrə sərfiyyata üstünlük verirlər.
Ermənistanın hazırki mənzərəsi heç də hansısa normal biznes mühiti üçün əlverişli görünmür. Əksinə, bunun əksi müşahidə olunur. Bir az daha dəqiq desək, Milli Məclisindəki dava-dalaş, küçələrində istefa çağırışları, baş nazirin maşın kortecinə, sonra da onun üstünə yumurta atılması təsdiq edir ki, müharibə Azərbaycanın qələbəsi ilə qurtardığı halda, bu ölkədə hələ də müharibə davam edir və bu müharibəni erməni vətəndaşları özləri-özlərinə qarşı elan ediblər. Ermənistanda gedən proseslər hələ böyük partlayışlar da vəd edir. Çox güman ki, bu ölkədə ən yaxın zamanda vətəndaşlar arasında daxili çəkişmələr ən yüksək həddə, qırğınlara gətirib çıxaracaq. Bir sözlə, Ermənistan inkişaf yox, partlayış astanasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB