Angela Merkel: “Borcu olan almanlar qədər işləsin”

Angela Merkel: “Borcu olan almanlar qədər işləsin”

\"Hansı ölkənin borcu çoxdursa, xalqı daha çox çalışmalıdır\". Bu sözləri Almaniyanın baş naziri Angela Merkel jurnalistlərə açıqlaması zamanı deyib. SİA-nın məlumatına görə, Avropada borcu olan ölkələrlə bağlı fikirlərini bildirən Merkel xalqı daha çox işləməyə çağıraraq almanları nümunə göstərib: \"Borcu olan, vəziyyəti gərgin olan ölkələr hamımıza məlumdur. Belə ölkələrin əhalisi almanlar qədər çox və uzun işləməlidir. Avro pul vahidinin istifadə edildiyi bütün ölkələr borclarından xilas olmaq üçün ciddi səy göstərməlidirlər. Yalnız bu halda Almaniya bu məsələdə öz köməyini əsirgəməz. Əks halda, Almaniyadan kömək gözləmək yersizdir\".

Ölkələrdə təqaüd məsələlərinə də toxunan baş nazir qeyd edib ki, əsas məsələ borclardan azad olmaq deyil: \"Yalnız borcların bitməsi işi həll etmir. Eyni zamanda Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə təqaüd yaşı da artırılmalıdır. Almaniyada işləyən insanların yaşıdlarının digər ölkələrdə təqaüdə çıxması heç də doğru deyil\".

Bütün xəbərlər Facebook səhifəmizdə