“Naxçıvanla nəqliyyat əlaqələrinin açılması perspektivlidir” Maria Zaxarova
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin açılması üçün perspektivli istiqamətləri açıqlayıb. SİA xəbər verir ki, bunları Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova keçirdiyi brifinqdə diqqətə çatdırıb.
Nazirliyin nümayəndəsi bölgədəki nəqliyyat əlaqələrinin açılması və Naxçıvan ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulmasının gələcək perspektivləri barədə məsələyə münasibət bildirərkən danışıb. Zaxarova, üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 9-cu bəndinə görə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılacağını xatırladıb. Eləcə də, vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Ermənistanın Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etdiyini vurğulayıb.
Xarici İşlər Nazirliyinin nümayəndəsi nəqliyyat kommunikasiyalarına nəzarətin Rusiya FTB-nin sərhəd xidməti tərəfindən həyata keçirildiyini qeyd edərək, tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək yeni nəqliyyat kommunikasiyalarının yaradılmasının da razılaşdırıldığını bildirib.
“Anladığınız kimi, iqtisadi əlaqələrin blokadadan çıxarılması, yeni kommunikasiyaların qurulması üçün uzun müddətdir, bir çox ixtisaslaşmış strukturları cəlb etmək lazım gəlir və əsas məsələlər, bildiyimiz kimi, Ermənistan və Azərbaycan səlahiyyətliləri tərəfindən həll ediləcəkdir”, deyə Zaxarova diqqətə çatdırıb.
Mariya Zaxarovaya görə, bu gün ən perspektivli istiqamət dəmir yolu rabitəsinin bərpasıdır.
"Rusiyalı mütəxəssislərin köməyi ilə Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunun sərhəd hissələrində, eləcə də Ermənistanda dəmir yolu xətlərinin bitişik sərhəddində ilkin tədqiqat aparılıb", deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB