Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə videokonfrans keçirilib - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə videokonfrans keçirilib - FOTOLAR

YAP Nərimanov rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Möhtəşəm ZƏFƏR Qələbəmiz Ulu Öndər Heydər Əliyevin qüdrətli dövlətçilik siyasi kursunun təntənisidir” mövzusunda videokonfrans formatında tədbir keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev açaraq Azərbaycan xalqının XX əsrdə yetirib dünya siyasətinə pərvazlandırdığı ideya və əməl nəhəngi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, nadir şəxsiyyətlərinin sırasında yer aldığını söyləyib.

T.Tağıyev bildirib ki, Ulu Öndər bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə dünya tarixinə şərəfli səhifələr yazmış qədim bir xalqın ümummilli lideri səviyyəsinə yüksəlib. Həmçinin, T.Tağıyev Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük möhtəşəm şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunması dahi lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.

Digər çıxış edənlər, SOCAR-ın Mərkəzi arxivinin rəisi Ağaəli Hüseynov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Əli Mmmədov, "Tornado" mühafizə şirkətinin direktoru Amil Xankişiyev, YAP Nərimanov rayon Təşkilatının Baş məsləhətçisi Nizami Babaşov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova və digərləri Heydər Əliyev dühasının Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə respublikanın tərəqqisi yolunda yorulub- usanmadan çalışması, xalqın köklü maraqlarını ardıcıl qoruması ölkəmizin çağdaş dünya düzənində layiqli yerini təmin etməsindən bəhs etdilər və möhtəşəm qələbəyə səbəb olan inkişafın məhz Heydər Əliyevin və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin nümunəvi siyasətinin nəticəsi olduğunu vurğuladılar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə